Çanaqqala savaşının 100 İLLİYİ münasibəti ilə – ƏDƏBİ MÜSABİQƏ

35 Baxış

aybTürkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Kültür-Tanıtma Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyi

  

ŞANLI ÇANAQQALA SAVAŞININ 100 İLLİYİ MÜNASİBƏTİ İLƏ ƏDƏBİ MÜSABİQƏ elan edir.

Çanaqqala savaşı mövzusunda şeir, hekayə və məqalə nominasiyaları üzrə təşkil olunan müsabiqəyə əsərlərin qəbulu 2015-ci il martın 2-dən aprelin 14-dək aparılacaq.

Müsabiqəyə əsərlər şərti imza ilə, çap halında 5 nüsxə olmaqla, zərfə qoyularaq təqdim edilməlidir. Üzərində şərti imza yazılmış başqa bir qapalı zərfdə isə müəllif haqında məlumat və şəxsiyyət vəsiqəsinin surəti olmalıdır.

5 nəfərdən ibarət münsiflər heyəti 10 ballıq sistemlə hər nominasiya üzrə 3, ümumilikdə isə 9 qalib müəyyənləşdirəcək.

Qaliblərin adları bu il aprelin ortalarında – Çanaqqala savaşının ildönümü günlərində Azərbaycan Yazıçılar Birliyində keçiriləcək mərasimdə elan olunacaq. May ayında qaliblərin Çanaqqalaya səyahət turu təşkil ediləcək. Qalib seçilən əsərlər kitab halında nəşr olunacaq.

Əsərlər bu ünvana göndərilməlidir:

Az-1000, Bakı, Səbail rayonu, Xaqani küçəsi 53, Аzərbaycan Yazıçılar Birliyi, II мərtəbə. Arzu Mahmudova

Telefon: (012) 493 62 35

e-mailarzu_zohrab@mail.ru

KÖŞƏ YAZARLARI
TOP 10