Canım ana – İlham Aslanovun ŞEİRİ

298 Baxış

Ilham AslanovSənə yazdım bu şeiri, qəzəli,

Sənsən mənim duyğularımın, əzəli.

İlk gördüyüm, ilk sevdiyim sən oldun,

Canım ana, dünyaların  gözəli.

 

Səndən aldım  ürəyimi, canımı,

Damarımda dövr eyləyən qanımı,

Sən ucaltdın şərəfimi, adımı,

Canım ana, dünyaların  gözəli.

 

Səndən doğan bir parçayam, cahanda,

Duaların keşikçimdir, hər anda,

Hidayət etdin yolumu  azanda,

Canım ana, dünyaların  gözəli.

 

Südünlə doyuzdurdun, mən acanda,

Gec yatdın, oyandınsa dan açanda,

İki ruh olmuşuq, sənlə bir canda,

Canım ana, dünyaların gözəli.

 

Sənin qucağında şirin, yatardım,

Laylan ilə arzularıma çatardım,

Sevincimi, sevincinə qatardım,

Canım ana, dünyaların gözəli.

 

Ağlayanda, mənimlə ağlayardın,

Bir yerim ağrasa, qəm bağlayardın,

Güləndə şəlalətək çağlayardın,

Canım ana , dünyaların gözəli.

 

 

 

Yada sal ana, gecə  yatmayanda,

Götürüb, ayağna salardın məni.

Nənni tək yellədib, laylay deyərdin,

Gah da, qucağına alardın məni.

 

Böyümüşəm, indi dəyişib dövran,

Ömür keçib, artıq başqadır zaman,

Darıxıram, o  günlərimçün yaman,

Canım ana , dünyaların gözəli.

 

Xərclədin övlad yolunda, canını,

Hər kəsdən artıq bildin, övladını,

Hərdən olub, qaraldmışam qanını,

Canım ana , dünyaların gözəli.

 

Atamın hər dərdi-sərin, sezmisən,

Yoldaş olub, hər zillətə dözmüsən,

Bilirəm ki, qocalıqdan bezmisən,

Canım ana , dünyaların gözəli.

 

Sən də şirin xəyallara dalırsan,

Mən yaşa doluram, sən qocalırsan.

İndi də məndən nigaran qalırsan,

Canım ana , dünyaların gözəli.

 

Üzün  qırışdı, qalmadı  taqətin

Ürəyimi ağrıdır, bu halətin,

Amma dəyişməyib siman, surətin,

Canım ana, dünyaların  ğözəli.

 

Səni sevir, övlad, nəvə- nəticə,

Çox sevinirsən yanına gəlincə,

Allah sənə qismət etsin kötüycə,

Canım ana , dünyaların gözəli.

 

Amansızdır, zalımdır çox, təbiyət,

Ağrılı olsa da, budur həqiqət,

Üzündə vardır hələ ki, təravət,

Canım ana , dünyaların  gözəli.

 

Verdiyini, bir-bir təbiyət alır,

Övlad yaşa dolur, ana qocalır,

Zamanla hər kəs buna məruz qalır,

Canım ana , dünyaların gözəli.

 

Təbiətin qərar verən hökmünü,

Bacarsaydım dəyişərdim, bir zaman.

Məndən artıq sən lazımsan hər kəsə,

Mən qocalardım, sən qalardın cavan.

 

Mən də səni, qucağıma alardım,

Yatmayanda ayağıma salardım,

Sənə şirin –şirin laylay çalardım,

Canım ana , dünyaların gözəli.

 

Qaytara bilsəydim, verərdim vallah,

Səndən alıb, mənə verdiklərini.

Təbiyəti  belə  yaradıb, Allah,

Edə bilmirəm, sən etdiklərini.

Dünyanın vəfası anacan bu mu,

Qaytara bilmırəm sənə borcumu.

Dünya ürəyimdə qoydu arzumu,

Canım ana , dünyaların  gözəli.

Sənsən mənim, duyğularimin əzəli.

 

08.03.2015

Bakı şəhəri.

 

 

 

 

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10