“Çapar” jurnalının növbəti buraxılışı Əhməd bəy Ağaoğluna həsr olunub

11 Baxış

15701712584819542584_1000x669

“Çapar” jurnalının “Əhməd bəy Ağaoğlu – 150” xüsusi buraxılışı dərc olunub.

Senet.az xəbər verir ki, bu nömrədə Ağaoğlu ailəsinin üzvlərinin (Əhməd Ağaoğlu, Səməd Ağaoğlu, Sürəyya Ağaoğlu, Əbdürrəhman Ağaoğlu, Tezər Ağaoğlu) həyatları haqqında geniş material təqdim olunub, ölkəmizin tanınan alimlərinin – Vilayət Quliyev, Mehman Dəmirli, Aydın Balayev, Abid Tahirli, Mehdi Gəncəli, Mübariz Süleymanlı və Fərhad Cabbarovun məqalələri yer alıb.

Jurnalda ilk dəfə olaraq Leyla Cavadovanın təqdimatında Əhməd bəyin 1919-1921-ci illərdə sürgün həyatı yaşadığı Malta adasındakı Polverista qalasının bugünkü görüntüləri verilib, Malta qaynaqları əsasında material hazırlanıb.

Qeyd edək ki, dövlət başçısının 10 aprel 2019-cu il tarixli Sərəncamı ilə ölkəmizdə görkəmli mütəfəkkir, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunur.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10