“Çarli Hebdo” jurnalının adı yenidən qalmaqalda

3 Baxış

hebdoYanvar ayında silahlı hücuma məruz qalan “Çarli Hebdo” jurnalı Beynəlxalq PEN Təşkilatı tərəfindən “Söz azadlığı – Cəsarət mükafatı”na layiq görülüb. Ancaq bu qərar təşkilatın üzvlərinin böyük qisminin etirazına səbəb olub.

PEN-in 26 üzvü təşkilata etiraz məktubu ünvanlayıblar. Məktubda bu mükafatın Fransada yaşayan müsəlmanları narahat edəcəyini qeyd edilib. Onlar mayın 5-i keçiriləcək mükafatın təqdimetmə mərasiminə qatılmayacaqlarını deyiblər.

PEN-in rəhbəri Andryu Solomon isə mətbuata açıqlamasında qərarın dəyişməyəcəyini deyib.

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10