Çarlz Dikkens – MÜSAHİBƏ

60 Baxış

carlez

Çarlz Dikkens

Cənab Dikkens, sizinlə böyük zövq alaraq danışıram, dəyərli vaxtınızı bizə sərf etdiyiniz üçün təşəkkür edirəm. İlk olaraq uşaqlığınız barədə soruşmaq istərdim.

Oh… çox çətin idi. Mənim 7  qardaşım və bacım var idi. Atam isə həbsdə idi, çünki onun külli miqdarda borcu var idi. İşləməli idim, buna görə də məktəbi tərk etməli oldum. O vaxt mənim 12 yaşım var idi.

Nə işləyirdiniz?

Ayaqqabı mazı qutularının üzərinə etiket yapışdırırdım. Çox çirkili və çətin idi. Mənim üçün o vaxtlar miskinli dövr oldu.

Yazıçılığa necə oldu başladınız?

Mənim 20 yaşım olanda, qəzetdə gənc jurnalist kimi işə başladım. Mən hələ bilmirdim ki, mən həqiqətən nə etmək istəyirəm. Ancaq məşhur bir adam olmaq istəyirdim. Mən jurnalist idim. Londonda olanda dəhşətli kasıbçılığın şahidi idim. Qərara aldım ki, təcrübələrimi və müşahidələrimi yazıya köçürüm, xüsusilə “Oliver Twist” əsərində qeydə alınıb.

Bu illərdə London necə idi?

Mənim 20 yaşım olan zaman 1832-ci il idi, həmin ildə mən yazmağa başladım. Şərtlər insanlar üçün ağır  idi. Uşaqlar 6 yaşında zavodlarda işləməyə başlayırdı – inanmaq çətindir. Çoxları ölürdü, çünki çirkli və təhlükəli işin ucbatından xəstəlik tutur və zədə alırdılar. Yatalaq və xolera (yoluxucu xəstəlik) çox yayılmışdı. İş adamlarının evində demək olar ki, tualet də yox idi. Axar su yox idi…  Mən bütün bunları yazılarımla  necə dəyişə biləcəyim haqqında düşünürdüm.

Siz dərhal uğur qazandınız?

Bəli, mən çox uğurlu oldum. Mən “The Pickwick Papers”-i müəyyən hissələrlə məşhur qəzetlər üçün yazırdım. Mənim kitabım çapdan çıxanda 40000 ədəd satılmışdı.

Sizin kitabınızın sevilməyinin səbəbi nə idi?

Bunu demək çətindir, ancaq ehtimal ki, “David Copperfield” idi. Çünki o kitabda özüm, gəncliyim  haqqında yazmışdım. Əgər siz məni daha yaxşı tanımaq istəyirsinizsə, zəhmət olmasa o əsəri oxuyun.

Siz səfəriniz zamanı İtaliyanı necə düşünürdünüz?

Mən Romadakı karnavalı və Napelsə getməyi çox xoşlayırdım. Həmçinin Florensiya və Venesiyanı. Ölkənin rənglərini sevirdim. Orda da İngiltərədəki kimi kasıbçılıq çox idi.

Mən əminəm ki, bizim oxucularımız bilmək istəyərdilər ki, sizin həyatınız haqqında daha çox haradan məlumat tapa bilərik?

Mən Portsmouthda anadan olmuşam və Londonda yaşamışam. İndi hər ikisi də muzeydir. Belə…Zəhmət olmasa oraya baş çəkin. Londondakı evdə siz mənim çoxlu əl işlərimi və əl yazmalarımı görə bilərsiniz. Siz təəccüblənəcəksiniz, mən çoxlu dəyişikliklər və düzəlişlər etmişəm. Bəzi insanlar deyirlər ki, mənim romanlarım çox incə ruhludur. Ancaq mən insanlar nə istəyirlər onu vermək istəyirəm. Bəziləri deyir ki, mənim kitablarım çox təəccüblü və qəribə xarakterlidir. Və mən onlara məşhur adlar verirəm “Scrooge”, “M – Choakumchild” kimi..

Çox sağ olun, cənab Dikkens.

Çox xoş oldu. Mən indi iş stoluma geri dönməliyəm ki, baxım sonuncu romanım “The Mystery of Edwin Drood”-la bağlı nə edə bilərəm.

 

inenglish.loescher.it saytından tərcümə edilmişdir.

 

Bölmə : Manşet