Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” pyesi İstanbul səhnəsində oynanılacaq.
Bunu fevralın 10-da türk ədəbiyyatşünas Ahmet Kabaklının “Yunus Əmrə” kitabının Azərbaycan Yazıçılar Birliyindəki təqdimatında İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq Kültür Dairə başqanı Əbdürrəhman Şən deyib.
Ə.Şən bildirib ki, tamaşanın quruluşçu rejissoru Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasovadır.
Rəsmi əlavə edib ki, tamaşanın teatr sezonunun sonuna qədər səhnəyə qoyulacağı gözlənilir.
“İsa çox savadlı yoldaşdır” – Alxan Bayramoğlu yazır…
10 Dekabr 2019 10 Baxışİsa Həbibbəyli-70 Akademik İsa Həbibbəyli haqqında bu sözləri görkəmli
Davamına bax