Çay evlərindəki rayonlu qızlar

217 Baxış

vasif elihuseynBu qızları görəndə, ilk ağlıma gələn o olur ki, bunlar rayondan Bakıya gələndə, evdəkilərə harada işləməyə gedirik deyib?! Elə bilirəm ki, toza – dumana bürünmüş “Çay evi”nə, nə vaxtsa onun hansısa bir qohumu müştəri qismində gələcək və görəcək ki, bu yazıq qıza çay gətirdiyi masalardan gör neçə cavan əl – qol atır. 

Vallah bu yazını ürək ağrısıyla yazıram. Artıq Bakıda çay evlərinə müştəri cəlb etmək üçün bu üsula əl atıblar: kafeyə qız işçiləri işə götürməklə. Kəndin o cür təmiz havasından sonra, bu kafelərdəki siqaret tüstüsünü udmaq ən azından onlar üçün Bakıdı. 

Yazıqların hələ kafedəki cavanların zarafatla soruşduğu “ərin var?” – sualına cavab olaraq “ərimə nə gəlib, səndən də qəşəngdi”-cavabı isə onlar üçün ən böyük təsəllidi. Bəs əri olmayanlar nə deyir görəsən?! Deyir: “qadaşıma nə gəlib, səndən min dəfə qəşəng oğlandı?!” 

Bakını ilk dəfə televizorda görən bu qızlar, şəhərin ən yaxşı yerlərini görüblər. Amma fikirləşməyiblər ki, Bakının televizora sığmayan belə kafeləri də var. 

“Nərd taxtası”nı ilk dəfə atasıyla dostu oynayanda, “Domino”nu qardaşı dostlarıyla oynayanda görən bu qızlara, rayona qayıtmaq üçün xatirələrdəmi kömək etmir?!

Dostların dəvəti ilə işdən sonra çay içməyə getdiyimiz bu çay evində hələ masaların üstünü belə təmiz silə bilməyən qız sabah uşaqlarla pivə içəcəyinə söz verir. Bəlkə də hamını unudan bu qız, bircə ləhcəsini unutmayıb. Danışığından hiss edirəm ki, biz tərəfdəndi. 

Dostların dəvəti ilə üfunət qoxulu “Çay evi”ndən çıxıb evə getmək üçün metronun M.Əcəmi stansiyasına yaxınlaşıram. 

Yazıqlar, arzum budur sizi Bakını tanımayan oğlanlar sevsin!

Vasif Əlihüseyn

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10