“Cazibə” qüvvəsini Nyutondan əvvəl kəşf edən Türk alim…

36 Baxış

din.az_2016-06-20_05-23-52

Türk-müsəlman alimləri bir çоx ixtira və kəşfləri avrоpalılardan yüz illər əvvəl etmişdir. Avrоpada cəhalətlə öyünüldüyü, elm ilə düşmənçilik edildiyi, elm adamlarının öldürüldüyü və yandırıldığı inkvizisiya dövrlərində, müsəlman alimlərin etdikləri elmi axtarışlar və kəşflərdən uzun müddət elm dünyası xəbərsiz qalmışdı. Senet.az saytı olaraq, oxucuları müsəlman-türk dünyasının bu ədiblərini silsilə yazılar şəklində tanıtmağa qərar verdik. İlk olaraq Nyutondan da əvvəl cazibə qüvvəsini kəşf edən, əslən türk olan Əhməd əl-Birunini oxucularla tanış etmək istərdik.

Onun tədqiqatları özündən 8 əsr sonra belə bu sahə üzrə məşğul olan alimləri heyrətə gətirib. Əslən türkdür. Adı Məhəmməd, soyadı ibn Əhməd əl-Biruni el Xarəzm, təxəllüsü Əbu Reyhandır. Eyni zamanda, o, Əl-ustad kimi anılıb və Biruni kimi də tanınıb. O, 973-cü ildə bugünkü İran sərhədləri daxilində qalan Kastada (Şah Abbasi-Vəli deyilən yerdə) anadan olub və 1049-cu ildə Qəznədə vəfat edib. Kiçik yaşlarında atasını itirərək yetim qalan Biruni istedadı, qabiliyyəti və tükənməz zəkası ilə diqqəti özünə cəlb edib.

Xarəzmşah xanədanından olan məşhur alim və riyaziyyatçı Əbu Mənsur ibn Əli ibn İraqın himayəsində böyüyərək ondan dərs alıb. Məhz onun sayəsində dövlət adamlarına və saray mühitinə uyğun bir şəkildə tərbiyə görüb. Saray mühitində böyüməsi və müxtəlif səbəblərlə əlaqədar bəzi məmləkətlərdə olması ilə bağlı| olaraq o, getdiyi yerlərin alimlərindən də elm öyrənib.

Həkim-astronom və Haqq aşiqi…

Xüsusilə, astronomiyaya böyük maraq göstərib və rəsədxanalar tikdirərək bu mövzuda kitablar yazıb. Biruni həm də müxtəlif xəstəliklərin müalicəsində tanınmış bir həkim idi. O, yunan və hind tibbini dərindən mənimsəmiş və araşdırmalar apararaq, müalicəsi çətin sayılan bir çox xəstəlikləri müalicə etməyi öyrənmişdi. Hətta Sultan Məsudun gözünü müalicə edərək, onun rəğbətini qazanmışdı. O, hansı otun hansı dərdə dərman olduğunu çox yaxşı bilirdi. Bütün bunlarla yanaşı, o, əczaçılıqla həkimliyin sərhədlərini müəyyən edib.

Biruni cəbr, həndəsə, coğrafiya sahələrində də yüksək biliyə malik idi. O həm dəqiq elmlər, həm də ilahiyyat sahəsində ən böyük alimlərdən biri kimi şöhrət qazanmışdı.

Biruni elm öyrənməkdə məqsədinin haqq və həqiqəti bilmək olduğunu deyib. Söylədiklərim arasında həqiqətdən uzaq və yanlış olan nəsə varsa, Allaha tövbə edərəm; razı olacağı şeylərə sarılmaq xüsusunda Allahdan yardım istərəm. Bəzi şeylərdən qorunmaq üçün də Allahdan hidayət diləyirəm. Yaxşılıq onun əlindədir ‒ deyərək bütün varlığı ilə Uca Yaradana bağlı olduğunu nümayiş etdirib.

Biruni əlindən kitab düşməyən, iman dolu qəlbilə Allahdan yardım diləyə-diləyə alimlər alimi səviyyəsinə çatan bir zat idi. O, ərəbcə, farsca, yəhudicə, yunanca və çincə bilirdi. Riyaziyyat, astronomiya, həndəsə, fizika, kimya, tibb, əczaçılıq, tarix, coğrafiya, filologiya, etnologiya, geologiya, dinlər və məzhəblər tarixinə dair 30-a yaxın əsər yazdı və onların hər birində dərin təfəkkür sahibi 0jjuğunu özündən yüz illər sonra gələnlərə də sübut etdi. İlahiyyata dair əsərlərində Quranın izahmı verir və ona heyran-lığını hər an dilə gətirirdi. Elmi qaynaqlara söykənərək nəzəriyyənin təcrübədə yoxlanılması metodunu da ilk dəfə o, irəli sürüb.

Məşhur alim ibn Sinaya yazdığı məktublarındakı elmi metod və şərhləri hal-hazırda da öz müasirliyini qoruyub saxlamaqdadır. “Tahkok” və “Qanuni-Məsud” adlı əsərləri ilə triqonometriya sahəsində bu gün də məşhurdur. Onun ilahiyyat sahəsində də bilikləri çox zəngin olub. Qəznə şəherində qibləni astronomik dəqiqliklə müəyyən edib. Bununla da, astronomik biliklər sahəsində zəngin və tükənməz təfəkkürə malik olduğunu sübuta yetirib. Ayın, Günəşin və göy cisimlərinin hərəkətləri, Günəş tutulmaları və bununla bağlı hadisələrin izahı onu bütün İslam aləmində məşhurlaşdırdı.

Yer kürəsinin diametrinin ölçülməsi ilə bağlı apardığı dəqiq hesablamaları bu gün də hamını mat qoyur. Avropada buna Biruni qanunu deyirlər. Sonralar Nyuton və Riçard apardıqları hesablama nəticəsində ekvator xəttinin 25. 000 mil olduğunu tapıblar. Ancaq Biruni onlardan 700 il əvvəl bunu sübuta yetirmişdi. Bu biliyi ilə Biruni avropalılardan əsrlərcə irəlidə idi. Hələ o vaxt heç kimə məlum olmayan “Ümid burnu” barədə də Biruni öz coğrafi araşdırmalarında söhbət açmışdı. O, Şimali Asiya və Şimali Avropa barədə geniş məlumatlar vermişdi. Xristofor Kolumbdan 5 əsr əvvəl Amerika qitəsindən, Yaponiyanın varlığından bəhs etmiş, dünyanın yuvarlaq olduğunu və öz oxu ətrafında hərəkət etdiyini, həmçinin cazibə qüvvəsi barədə Nyutondan əsrlərcə əvvəl cəsarətlə məlumat vermişdi. Hazırda alimlərin əsas müzakirə obyekti olan qurunun şimala doğru sürüşməsini təxminən 950-980 il əvvəl o bildirmişdi.

Dövrünü 9 əsr qabaqlamışdı

Biruni botanika ilə də ciddi maraqlanırdı. Onun bitki və heyvanlarla, quşlarla əlaqəli çox orijinal və günümüzdə də əhəmiyyətini saxlayan elmi araşdırmaları var. Universal bir təfəkkürə mat olan Biruni tarixlə bağlı da maraqlı tədqiqatlar aparıb. O, Qəznəli Sultan Mahmudun, Səbutəkin və Xarəzminin tarixini yazdı Biruni habelə, dinlər tarixini də araşdırdı və bir çox qaranlıq məsələlərə aydınlıq gətirdi. Bununla da o, müqayisəli dinlər tarix’ nin əsasını qoydu. 9 əsr sonra müqayisəli dinlər tarixi Birunini araşdırmalarına əsasən ayrıca bir elm sahəsi kimi inkişaf etməyə başladı. Biruni fəlsəfə ilə də maraqlandı və onun dumanlı qaranlıqlarında azıb qalmadı.

Fəlsəfi dünyagörüşü və fəlsəfi ideyalarını o, Allahla bağladı və Qüdrət Sahibinin insana sonsuz bir elm, bilik xəzinəsi bəxş etdiyini sübuta yetirdi. Təbiət hadisələrindən bəhs edərkən onlardakı hikmət sahibinin əsl ünvanını sevə-sevə göstərdi. Astronomiya sahəsindəki çalışmaları da ona böyük şöhrət gətirdi. 995-996-cı illərdə Xarəzm şəhəri yaxınlığındakı Buskatırda Günəşin və digər planetlərin hərəkət trayektoriyalarını riyazi və fiziki araşdırmaları ilə müəyyənləşdirdi. Əbul Həsən Əli ibn Məmunun dəvəti ilə yenidən Xarəzmə gedərək orada rəsədxanaların inşasına rəhbərlik etdi. Sonra bir müddət Cırcanidə qaldı.

O, yeni araşdırmalarla sübut etdi ki, Xarəzm şəhəri ilə Bağdad eyni meridianda yerləşir. Bundan sonra Biruni o dövrün ən tanınmış alimlərindən olan ibn Sina ilə görüşdü və onunla fizika və astronomiya ilə bağlı fikir mübadiləsi apardı. Əbu Reyhan əl-Biruni 44 yaşında ikən Qəznəlilərin himayəsinə sığındı.

Qəznəli Mahmud bu böyük insana çox böyük hörmət və iltifat göstərdi. O, Qəznədə hökmdar sarayında rəsədxana quraraq orada elmi tədqiqatlar apardı. 1011-ci ildə isə Qəznəlilərə aid olan Kabil şəhərində çalışmalarını davam etdirdi.

Qəznəli Sultan Mahmudun Hindistan səfərində Biruni sultanın baş məsləhətçisi və xəzinə müdiri kimi iştirak etdi. Həmin öl-kənin fəthindən sonra Biruni bir müddət burada qalaraq bəzi elmi araşdırmalarla məşğul oldu: Yer kürəsinin ölçüsünü hesabladı və sankskritcəni öyrəndı. Hindistandakı araşdırmalarını başa vurduqdan sonra o, yenidən Qəznəyə qayıtdı. Qəznədə Sultan Mahmudun oğlu Məsud və nəvəsi Mevdud Biruninin daha geniş geniş araşdırmalar apara bilməsi üçün ona geniş imkanlar hazırladılar. O, bundan istifadə edərək tibb, fizika, astronomiya, riyaziyyat, tarix və digər elmlər üzrə yeni araşdırmalar apardı və elmə bir çox yeniliklər gətirdi. O, 1037-ci ilə qədər müxtəlif elmlərə dair 113 əsər yazdı. Bundan sonrakı ömrünün 12 ilində isə daha 83 əsəri də elm aləminə təqdim etdi. Biruni 63 yaşında ikən dostuna yazdığı məktubunda böyüklü-kiçikli 180 əsərinin adını göstərib. Əfsuslar olsun ki, onlardan yalnız 22-si günümüzə qədər gəlib çatmışdır. İslam aləminin bu böyük elm və ürfan sahibi, hələ sağlığında ikən elmlərin atası kimi məşhurlaşan şərəfli oğlu 1049-cu ildə Qəznədə vəfat etdi.

Biruni həm də böyük əxlaq sahibi kimi məşhur idi. Peyğəmbər Əfəndimizin Əshabı Kiramına son dərəcə bağlı olan Əl-Biruni Əshabı Kiram düşmənlərinin, İslam dünyasını qarışdırmaq istəyənlərin cavabmı vaxtında verir və yazdığı elmi əsərlərində onların iç üzünü ifşa edirdi.

Onun astronomiya elminə verdiyi böyük töhfələrdən biri də, müsəlmanlara, İslam elminə ən yüksək səviyyədə xidmət etmək istəyindən və Kainatın Yaradıcısına olan sonsuz sevgisindən irəli gəlirdi. Biruni məşğul olduğu hər bir elmdə Uca Yaradanın insa-na, bütün yaradılmışlara olan sonsuz lütfünü hamıya çatdırmağa çalışırdı.

Coğrafi meridianların yerini təyin edərkən o, müsəlmanların elmlərə yiyələnmələrinə etdiyi xidmətdən ürəkdolusu bir rahatlıq duyduğunu söyləyərdi. O heç vaxt haqq və ədaləti tapdalamazdı. Yanında kimi isə haqsız yerə günahlandırsaydılar, o saat onu müdafiə edərdi. Tez-tez ətrafındakılara: Allah-Təala mərhəmət edənləri, günahkarları bağışlayanları sevir. Mərhəmət edənə Allah da mərhəmət edər, günahkarı bağışlayanı Allah da bağışlayar, darda qalana əl tutana Allah da əl tutar, – deyərdi. Bu böyük fəzilət sahibi ömründə bir dəfə də olsun kiminsə qəlbini qırmadı, kimisə təhqir etmədi, onu haqsız yerə nədə isə ittiham edənlərə qarşı kin saxlamadı və: “Allah rəhm etsin”- deyə onlara dua etdi.

Cazibə qüvvəsini də Nyutondan əvvəl o kəşf etmişdi

Biruni elə geniş təfəkkürə sahib şəxsiyyətlərdən idi ki, elələri dünyaya min ildə bir dəfə gəlirlər. Təsadüfi deyil ki, o, Nyuton-dan 7 əsr əvvəl cazibə qüvvəsini tapmışdı. Biruni elmi araşdırmaları ilə bu qənaətə gəldi ki, Yer kürəsi öz oxu ətrafında fırlanırsa, deməli, burada onu saxlayan, onun hərəkətini tənzim-ləyən bir qüvvə olmalıdır. Biruni həmin qüvvənin cazibə qüvvəsi olduğunu cəsarətlə sübuta yetirdi. Tədqiqatçı alim Çarl L. Boyer A History of Mathematıcs adlı əsərində Biruninin bu kəşfinin insanın kosmosu kəşfi qədər mühüm bir kəşf olduğunu bildirib. Müəllif elm və texnikanın inkişaf etmədiyi bir dövrdə Biruninin kəşflərini Allah möcüzəsi adlandırır və deyir ki, belə olmasaydı, o, bu qədər ilahi biliyə sahib ola bilməzdi.

ABŞ-ın məşhur elm xadimlərindən biri olan alim və tədqiqatçı Georgi Şaton Biruninin elmi əsərləri ilə tanış olduqdan sonra heyrətini gizlədə bilməyərək, XI əsri Biruni əsri adlandırıb. Ümumiyyətlə, bütün Qərb alimləri Şərqin VIII-XIII əsrlərdə böyük intibah dövrü yaşadığını deyir və həmin inkişafı müasir Avropanın inkişafı ilə müqayisə edirlər. Belə bir fikir söylənilir ki, əgər o dövrdə elm Biruni və digərlərinin simasında bu qədər inkişaf etməsəydi, bəlkə də, Qərb indiki elmi-texniki inkişafına nail ola bilməzdi. Çünki Qərbin bütün elmi inkişafının əsasında Şərqin elmi təcrübələrindən bəhrələnmək dayanıb.

Elm öyrənmək Allahı sevməkdir

Biruninin astronomiya, fizika, tibb, riyaziyyat, coğrafiya, botanika, kimya və digər elmlərə aid olan bütün əsərlərində ilahi varlığa böyük sevgisi duyulur. Bu sevgi onu Uca Yaradana sanki daha da yaxınlaşdırırdı. Ətrafındakılara: “Allah insanlara elm öy­rənmək kimi əvəzsiz bir səadət bəxş etdi. Elmin nuru kor gözlərə şəfa gətirər, paslı qəlblərin pasını təmizlər, zülmət qaranlıqları aydınlığa çıxarar, insanı saflaşdırar və paklaşdırar, ona sonsuz qüvvə və əbədi səadət bəxş edər,” - deyərək onları elm öyrənməyə həvəsləndirərdi. Bütün varlığını elm öyrənməyə həsr edən bu böyük insan əziyyətlərdən qorxmamağı, keçilməz sədlər qarşısında boynunu büküb durmamağı, Uca Allaha sığınaraq vəziyyətdən çıxış yolu axtarmağı tövsiyə edərdi: Nə qədər ki, sağsan, Ulu Yaradanın sənə verdiyi tükənməz elm və mərifət xəzinəsindən istifadə et, onu paslanmış dəmirə çevirərək, özünlə qara torpaqlar altına aparma.

Onun fikrincə, yaradılmışların ən kamili olan insanın qarşısında keçilməz sədd, alınmaz qala, aşılmaz dağ yoxdur. Bunun üçün insan Allahın ona bəxş etdiyi tükənməz elm və bilik xəzinəsindən, ağlından və təfəkküründən istifadə etməlidir. Biruniyə görə, elm öyrənməyin ləzzəti qədər gözəl ləzzət, elmə çəkilən əziyyət qədər gözəl əziyyət yoxdur. O: “Elmin ləzzəti ona çəkilən əziyyətdədir. Haqqı və həqiqəti araşdırma zövqündən yüksək zövq ola bilməz”‒ deyirdi. Elmlə nə qədər məşğul olsan, o qədər də ləzzət alacaqsan. Araşdırma nə qədər davam edərsə, bu ləzzət də o qədər davam edər.

Elm gözəldir, onun gətirdiyi və insana bəxş etdiyi səadəti də o qədər gözəldir” ‒ deyən bu böyük insan elm adamlarına həqarətlə baxmamağı, özündən əvvəlki elm adamlarına və özü ilə eyni zamanda elmlə məşğul olan şəxslərə paxıllıq etməməyi, onlara hörmətlə yanaşmağı tövsiyə edirdi. Elm adamına dedi-qodulardan uzaq durmağı, araşdırdığı elmə Allah sevgisi ilə yanaşmağı, elmdə doğru olanı seçməyi, batildən qaçmağı məsləhət görən Biruni elmin zirvəsinə gedən yolları da müəyyənləşdirib.

Əsl elm paxıllığı, kini və küdurəti sevmir

Biruni elmlə məşğul olan adamlara, elm sahiblərinə sonsuz xəzinələrə sahib olmaq, yeni elmi kəşflər əldə etmək üçün də qiymətli məsləhətlər, tövsiyələr verib. Biruni bununla bağlı deyir: “Həqiqi elmlə məşğul olmaq istəyən elm adamı pis əməllərdən, kindən, paxıllıqdan uzaq olmalıdır. Başqasına paxıllıq edən adam, həmkarının elmdə qazandığı nailiyyətə sevinməyən insan heç vaxt elmin zirvəsinə gedib çıxa, sonsuz biliklərə yiyələnə bilməz. Elmlə məşğul olan insan mənəvi cəhətdən saf olmalıdır.

Mənəvi cəhətdən xəstə adamlar həqiqəti dərk edə bilməzlər. Onların qəlb qapıları bağlı, qulaqları kar olar. Başqalarına üstün gəlmək cəhdində olanlar və bu yolda nəfsinin quluna çevrilənlər elmlə nə qədər məşğul olsalar da, heç nə əldə edə bilməzlər. Ona görə də hər adamdan elm adamı olmur, hər adam elmin incəliklərinə yiyələnməyi bacarmır. Elmlə məşğul olmaq çətin bir işdir. Həqiqəti araşdırarkən elm adamı ən doğru olanı seçməli, özün-dən əvvəlki elm adamlarının əsərlərini araşdırmalı, onlarla müqayisəli şəkildə doğru və ya əyri yolda olduğunu müəyyənləşdirməlidir. Elm adamı yarımçıq araşdırmadan uzaq durmalı, araşdırdığını sona kimi araşdırmalı və bu zaman doğru bildiyinin ən doğrusunu seçməli, insanlara fayda gətirəcək elmi yenilikləri cəmiyyətə təqdim etməlidir”.

Biruninin əsərlərini araşdıranda onların hamısında Allaha olan sevgisinin şahidi oluruq. Onun elmi araşdırmaları ilə dini biliklər bir-biri ilə vəhdət təşkil edir. Biruninin ən böyük elmi kəşflərində məhz dini bilikləri elmi biliklərlə, təbiət elmləri ilə uzlaşdıra bilməsi önəmli rol oynayıb. Dini sevgi ilə o, cazibə qüvvəsini tapıb, dünyanın ekvator xəttinin uzunluğunu hesablayıb. O, bununla bir daha sübut edib ki, dünyəvi elmlərlə dini elmlər arasında bir əlaqə var və heç vaxt heç bir din elm öyrənilməsinin əleyhinə çıxmayıb. Əgər kimsə dinin adından istifadə edərək, onu dünyəvi elmlərə qarşı tutubsa, deməli, o, sağlığında ikən özünü əbədi əzablara sürükləyib.

Biruninin dahiliyini və sonsuz zəka sahibi olduğunu anlamaq üçün onun yazdığı əsərlərlə tanış olmaq, onları oxumaq lazımdır. Təsadüfi deyil ki, Biruninin əsərlərini oxuyanların hamısı onun böyüklüyü qarşısında dönə-dönə baş əydiyini bildirir. Yeri gəlmişkən, onu da deyək ki, Qərbin aparıcı alimlərinin böyük əksəriyyəti 500-600 il bundan əvvəl olduğu kimi, yenə də Şərq mütəfəkkirlərinin əsərlərini oxuyur, onlardan hər hansı bir elmi kəşfi etmək məqsədilə faydalanmağa çalışırlar. Bunun da səbəbi var. Belə ki, VII-XIII əsrlərdə İslam elmi, İslam mədəniyyəti özünün ən yüksək inkişaf dövrünü yaşamışdır.

Onların elmi sahədə etdikləri kəşflərin, araşdırmaların, demək olar ki, hamısında yeni kəşflər üçün işıq ucları var. Bu baxımdan, Qərbdə istər Biruninin, istərsə də digər Şərq dahilərinin əsərlərinə mütəmadi müraciət edilməsi o dövrdə qurulan İslam sivilizasiya sının tükənməzliyini göstərir. Biruninin günümüzə qədər gəlib çıxan əsərlərindən bəziləri ilə oxucularımızı tanış etmək istəyirik “Asar-ül-Bakiyyə”‒ 28 yaşında ərəb dilində yazdığı bu əsəri Biruni Cırcan hökmdarı Kabus bin Yazgirə ithaf edib. Əsərin əhəmiyyətini nəzərə alan ingilis tədqiqatçıları 1878-1879-cu illərdə onu öz dillərinə tərcümə ediblər. Əsər ingilis alimlərinə o qədər güclü təsir göstərmişdi ki, onlar hökumət qarşısında məsələ qaldıraraq, 1923-cü ildə onun yenidən tərcümə edilməsinə nail oldular. Qeyd edək ki, bu əsərdə Biruni təqvim, tarix, mədəniyyət və astronomiya ilə bağlı məlumat verir. Həmin məlumatlar hal-hazırda alimləri maraqlandıran bəzi sahələrin izahını yüksək səviyyədə verir və bu da elmi tədqiqatçıların ona dönə-dönə müraciət etmələrinə səbəb olur.

Mənbə Dr. RehaYılmaz “Tariximizdə izqoyanlar” kitabından.

Bölmə : Araşdırma, Elm, Manşet