Cazın Oskarlı əfsanəsi – Doris Dey

85 Baxış

wpday01Hollivudun ulduzu Doris Dey deyir ki, onun kariyerasının ən gözəl çağları caz orkestrında oxuduğu dövrlər idi.

 

 

 

 

 

 

 

Dey Ohayo ştatında musiqiçi ailəsində anadan olub. Atası Fredrik musiqi müəllimi, xormeyster və kilsə şarmankaçısı idi. Dey 13 yaşında ikən, avtomobil qəzasına düşmüşdü. Qəza nəticəsində onun ayaqları sınmışdı.Bununla da onun rəqqas olmaq arzusu puç oldu. “Mən üç il yeriyə bilmədim. Bu hər şeyi dəyişdi. Rəqs etmədim, amma oxudum. Ailəm məni həftədə üç dəfə musiqi dərsinə aparırdı.”

doris6_1984806i

 

 

O, saatlarla radioda caz musiqisini dinləyir və Ella Fitzceraldın oxuduğu mahnılara qulaq asırdı. Dey bu mahnılardan bir növ ilham alırdı: “Ellanın səsində məni məftun edən bir xüsusiyyət var. Mən onunla birlikdə oxumaq istərdim.  Onun oxuduğu tərzdə, onun kimi hiss edərək…”

Picture3

 

 

Doris yeniyetmə ikən, tanınmış caz müğənnisi Barney Reppin “Day After Day” mahnısından təsirlənərək, adını dəyişmiş və özünü “Dey” təxəllüsü götürmüşdü.

day01

 

 

Gənc müğənni Brounun truppasında oxumağa başlamış və dörd ərindən birincisi olan trombonçalan EL Cordan ilə ailə qurdu. “O hər bir orkestr liderinin xəyalı idi. Fitri istedad, cazibədar və füsunkar  görünüş…” – Broun deyirdi.

Picture4

 

 

Dey həmçinin yaxşı aktrisa idi. (1959-cu ildə “Pillow Talk” filmində oynadığı rola görə “Ən yaxşı aktrisa” nominasiyasında Oskar mükafatına layiq görülmüşdü.) Lakin onun aktrisa kimi uğur qazanmasının əsas səbəbi  filmlərdə oxuduğu mahnılar idi. “Que Sera” mahnısı 1956-cı ildə “Ən Orijinial Mahnı” nominasiyası üzrə Oskar Akademik Mükafatına layiq görülmüşdü.

Doris ən yaxşı filmlərindən biri də 1955-ci ildə çəkilmiş “Love me or Leave Me” filmi idi. Bu filmdə Dey caz müğənnisi Ruz Ettinq rolunu canlandırırdı. Ettinqin 20 mahnısına “Sam, the Old Accordion Man” ,  “Shaking the Blues Away”, “Everybody Loves My Baby” mahnıları da daxil idi.

Mahnıları arasında ən çox populyarlıq qazanan isə “You are so beautiful” mahnısı idi. 2011-ci ildə çıxardığı albom isə ona daha böyük uğur gətirdi və o Birləşmiş Krallığın ən gözəl səsli musiqiçisi seçildi. 

doris.day_

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10