Çernobıl faciəsinin dəhşətli gizlinləri – Araşdırma

39 Baxış

hg

Ukraynanın şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda 1986-cı il 26 aprel tarixində baş vermiş nüvə qəzasından 35 il kçeir. Bu münasibətlə faciə haqqında araşdırmanı təqdim edirik:

1986-cı ilin dəhşətli aprel gecəsi. Cəmi 1 saat 24 dəqiqədə on minlərlə km ərazini radiasiya buludu örtdü. O buluddan aramsız şəkildə yağan zəhər minlərlə insanı öldürdü və ya yarımcan etdi.

İlk dəqiqələrdə yalnız 40-a yaxın adam öldü ki, onların da çoxu yanğınsöndürənlər idi. Ammma sonradan zəhərli bulud Asiya və Avropanı sarıdı.

Yanlış olan nə idi?

O zaman bütün SSRİ-ni çökdürən Mixail Qarbaçov cəmi bir il idi ki, hakimiyyətə gəlmişdi. Nəhəng “Xalqlar həbsxanası”nda siyasi rejim nisbətən dəyişilməkdə idi – kommunizmlə demokratiya arasında gərgin savaş gedirdi.

Belə bir zamanda sovet alimləri ucuz enerji qaynaqlarına önəm verirdilər. Bu səbəbdən də SSRİ-nin bir neçə yerində atom enerji stansiyaları inşa edildi. Onların ən sanballısı isə Kiyevin 104 km-də yerləşən Çernobıl AES idi. Çernobıl 2 milyon insanı işıqla təmin edirdi.

25 aprel 1986-cı il… Fəlakətin baş verdiyi gecə növbədə olan Yuri Korneyev və Boris Stolyarçuk gecə onları hansı “sürpriz”i gözlədiyini yəqin ki, xəyallarına gətirə bilməzdilər. Onlardan biri stansiyadakı su nasoslarına, o biri isə həmin nasoslar vasitəsilə reaktora suyu aparan borulara nəzarət edirdi. Çernobılda isə 4 nüvə reaktoru var idi. Həmin gecə Yuri və Borisin rəhbərləri onlara fövqəladə şəraitdə ehtiyat generatorların işlənmə mexanizmini yoxlamaq üçün eksperiment etməyi tapşırmışdı. Amma bu çox təhlükəli bir eksperiment idi. Belə ki, nasoslarda qovulan su yüksək temperaturda buxara çevrilərək reaktora daxil olurdu. Nüvə reaktoru da onu enerjiyə çevirirdi. Ən böyük təhlükə də elə bu nüvə reaktoru-başqa cür isə nüvə enerjisi bloku adlanan qurğu idi.

Çernobıl faciəsi - Fəlakətdən turizmə... - FOTOLAR - Gezmeli Yerler,  Gezilecek Yerler, Turizm xeberleri, Turlar, Tur

Gecə saat 00:05… Gənc mütəxəssislər artıq işə başladılar. Lakin onların təcrübəsi 20 dəqiqədən sonra maneə ilə üzləşdi. Bu zaman işə iki əlavə nasos da qoşuldu. Amma həmin nasoslar borulara suyu çox böyük sürətlə vurdular. Sürətlə vurulan su isə mövcud temperaturda buxara çevrilə bilmirdi. Əməkdaşlar özlüyündə guya çıxış yolunu tapdılar: onlar temperaturu həddindən çox artırmaqla buxarı təmin etdilər. Elə düşündülər ki, artıq hər şey qaydasındadır. Amma bir neçə saatdan sonra hər şey bambaşqa oldu. Bəşəri fəlakətin təməli qoyuldu. Reaktorlara nəzarət edən Leonid temperaturun ən pik nöqtəyə çatdığını gördü. Reaktorlarla əlaqəli olan xəbərdarlıq siqnalları da yanmağa başladı. Leonid cəld reaktoru dayandırmaq üçün lazım olan düyməni basdı. Lakin artıq iş-işdən keçmişdi. Reaktorun idarəsi sıradan çıxmışdı. Cəmi bir neçə dəqiqədən sonra gecə saat 01:24-də yüksək temperator çox təhlükəli olan 4-cü nüvə reaktorunu partlatdı. Qəfil yaranan güclü partlayış hamını şoka saldı. Reaktor partlayan an 8 tonluq ağır tavanı da özü ilə göyə sovurmuşdu. Partlayan qurğu sıravi bir qurğu deyildi-bu çox təhlükəli olan radiasiya bazası idi. Odur ki, ətrafa külli miqdarda radiasiya tullantıları səpələndi. Hansı ki, o tullantılar insan orqanizminin ən böyük düşməni sayılırdı. Amma bu hələ son deyildi. Bir müddətdən sonra hadisə yerinə gələn yanğınsöndürənlər sanki yanan adi yaşayış binasıymış kimi davrandılar. Yanğını suyun altında qoydular. Və dəhşət də elə bunda idi. Sonradan həmin yanğınsöndürən briqadasına rəhbərlik edən Peter Xlem bunun vicdan əzabını çox çəkəcəkdi. Çünki şüalanmanın dərəcəsi həmin sudan sonra daha da artdı. Artıq zəhərli radiasiya buludu sürətlə hər yerə yayıldı. Yanğınsöndürənlər yediklərini qaytararaq, başları gicəllənərək yerə yıxılır və ölürdülər. Yanğın söndü. Lakin fəlakət də bundan sonra başladı. Bu yanğını su ilə söndürmək aktiv zəhərli radiasiyaya qapı açmaq demək idi.

Yüzə yaxın yanğınsöndürənin yarısı radiasiyadan öldü. Səhər 5-də partlayış baş verən 4 nömrəli reaktor tamamilə söndürüldü…

Əhalisiz şəhər"in faciəsi - 33 il - Xəbər24

Qorbaçov Avropa və ABŞ-la soyuq müharibəni əsas gətirərək siyasi imiclərinə zərbə vurmamaqdan ötrü bu hadisəni gizlətməyi əmr etdi. Qorbaçov xatirələrində sonradan belə bir gülünc fikir səsləndirəcəkdi: “Çernobıldakı qəza xəbərini alandan sonra Siyasi Büro bir həftə nə edəcəyinii bilmirdi. SSRİ EA-nın alimləri iclasda deyirdilər ki, radiasiyada qorxulu bir şey yoxdur, yaxşıca içib dəm olmaq lazımdır. Keçib gedəcək. Vəssalam.”

Sirrin üstü necə açıldı?

Sovet rəhbərləri bacardıqları qədər bu böyük fəlakəti gizlətmək istədilər. Amma radiasiya buludu təbii ki, onların iradəsi ilə hərəkət etmirdi. Yalnız yaxın ərazidəki stansiya işçilərinin ailə üzvlərinin, eləcə də ümumilikdə 50 min adamın təxliyyə edilməsi hələ heç nə deyildi. 1800 vertalyot radiasiya əleyhinə 5 min ton kimyəvi maddəni 4 nömərli reaktora buraxdı.

Lakin onların öldürmək istədiyi radiasiya yüksək doza ilə artıq Avropaya keçmişdi. Bunun ilk fərqinə varan dövlət isə İsveç oldu. İsveçdəki atom elektrik stansiyasının mütəxəssislərindən biri səhər işə gələrkən hər zamankı kimi radiaktiv dozanı ölçən aparatda yoxlanışdan keçdi. Amma nəticəni görə-gərməz heyrətləndi. O yüksək dozada radiasiyaya yoluxmuşdu. Daha sonra stansiyadakı bütün əməkdaşlar yoxlanışdan keçdi. Hamısı da eyni nəticə ilə qarşılaşdılar. Həmən ciddi addımlar atıldı və yüksək radiasiya buludunun haradan gəldiyi məlum oldu. İsveç daxil olmaqla bir neçə Avropa ölkəsi SSRİ-dən həmən cavab istədilər. Məcbur qalan SSRİ həqiqəti istəməsə də deməli oldu. Artıq bütün Avropa tək SSRİ-nin deyil, onların da problemi olan radiasiyadan danışırdı.

Görünməyən fəsadlar…

Dünyanın ən dəhşətli texnogen qəzası / İstipress

Radiaktiv tullantıların ağır fəsadları artıq hamıya məlum idi. Yüksək radiasiyaya sahib olan bu tullantılar üstündən 30 il keçməsinə baxmayaraq bu gün də öz fəsadlarını göstərməkdədir. Qeyd edək ki, faciə zamanı 7000-ə yaxın insan öldü, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropanı dolanmaqdadır.

Amma o zaman alimləri düşündürən əsas məsələ partlayışın baş verdiyi 4-cü reaktorun altındakı su təbəqəsinin zəhərlənmə ehtimalı idi. Əgər həmin su zəhərlənərdisə bu artıq o sudan istifadə edən on minlərcə evdəki insanların radiasiyaya tutulması demək idi. O səbəbdən də reaktorun altında şüalanmanın suya keçməməsi üçün 2 ton ağırlığından beton sədd atırlar.

Bundan sonra isə bütün ərazini dörd bir tərəfdən beton hasarlarla hörmək tapşırılır. Amma hətta radiasiyanın “qarşısını almaq üçün” araq içməyi məsləhət görən sovet alimləri də düşündürdülər ki, partlayış nəticəsində ətrafa səpələnən yüksək radiasiyalı radioaktiv tullantılar təmizlənməsə zəhərlənmə daha da arta bilər. Bunun üçün isə sovet ordusundan istifadə edirlər. General Tarakanovun rəhbərliyi ilə radiasiyanın mərkəzinə ittifaqın ayrı-ayrı yerlərindən olan səgərlər göndərilir. Hətta general Tarakanov da ona ən cəsur general deyərək şüanın mərkəzinə göndərən rəhbərlərə etiraz edir. “Ora göndərdiyiniz əsgərdir, yoxsa robot “ deyərək sual verir. Lakin sovet rəhbərləri guya insaflı davrandılar. Onlar minlərlə əsgərin hər birinin yalnız 3 dəqiqə şüalanma ərazisində işləməsi qərarını verdilər. Yəni hər bir əsgər qrup halında 3 dəqiqə müddətində radiaktiv tullantıların olduğu əraziyə gedəcək və onları təmizləyəcəkdir. Amma düşünməmişdilər ki, nəinki 3 dəqiqə, hətta 3 saniyə belə radiasiyaya tutulmaq üçün bəs edir. Odur ki, həm o zaman, həm də qarşıdakı illərdə minlərlə Çernobl əsgəri dünyasını dəyişdi. Onların arasında 129 azərbaycanlı əsgər də olub. Hamısı da sözsüz da müxtəlif dərəcəli şüalanmaya məruz qaldılar.

Elmin NURİ
Moderator.az
2016

Bölmə : Manşet, Tarix
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10