Ceyms Bond əslində kim idi ?

225 Baxış

ceymsbond

Ceyms Bond 1900-cü il yanvarın 4-də Filadelfiyada anadan olub. Həmin şəhərin akademiyasında təbiət elmləri üzrə işləyib.  Bond quşların karib növləri üzrə ekspert (ornitoloq) idi. Onun 1936-cı ildə “Qərbi-Hindistan quşları” ( Birds of the West Indies) adlı kitabı nəşr olunub. 1998-ci ildə Ceyms Bondun “ Qərbi-Hindistan quşlarının bələdçisi” ( A Guide to the Birds of the West Indies) nəşr olunana qədər  bu kitab karib quşlarının faunası təsvir olunan yeganə kitab idi.

Bond 1952-ci ildə Yamayka institutu tərəfindən “Musgrave” , 1954-cü ildə Amerika Ornitoloqçular İttifaqı tərəfindən “Brewster” və  Təbiət Elmləri Akademiyası tərəfindən 1975-ci ildə “Leidy” medalı ilə təltif olunub. Ceyms  89 yaşında Filadelfiyanın “Çestnat Hil”l xəstəxanasında uzun sürən xərçəng  xəstəliyindən dünyasını dəyişib.

Ceyms Bond ədəbi qəhrəmanı kimi

Quşları seyr etməyi sevən, onlarla maraqlanan  Yan Flemminq ( yazıçı , jurnalist)   Yamaykada yaşayanda Ceyms Bondun quşlar haqqında yazdığı kitab ilə tanış olur və Ceyms Bondun adını “Kazino Royal” əsərinin baş qəhrəmanına verir. Flemminq Bondun xanımına məktub yazır : “Onun qısa , romantik olmayan, anqlosakson adı məni cəlb etdi. Mənə elə bu ad lazım idi və beləliklə ikinci Ceyms Bond yarandı”. Gizli agent Ceyms Bond ornitoloq olaraq filmin 20-ci bölümündə  ( Die Another Way) Kubaya yollanır  və beləliklə o gerçək Ceyms Bondu filmdə ifa etmiş olur.

Yan Flemminq Ceyms Bondla şəxsən 1964-cü ilin 5 fevralında tanış olur. Flemminq görüşdə Ceyms Bonda  yeni romanını ( You only live twice) “Həqiqi Ceyms Bonda onun şəxsiyyətinin oğrusundan” imzası ilə  hədiyyə edir. 2008-ci ilin  Dekabrında bu imzalı kitab hərracda 84000 dollara satılır.

 

Tərcümə etdi : Səma Fuadqızı

Yan Flemminq

11733422_967907453229529_782346589_n

Ceyms Bond (ornitoloq)

3

Ceyms Bond

4

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10