Ceyms Bond Kiprdə mina partlatdı

49 Baxış

ceyn“Ceyms Bond” obrazı ilə məşhurlaşan aktyor Daniel Kreyq Birləşmiş Millətlər Təşkilatının tərkibində fəaliyyət göstərən Minalarla Mübarizə qrupu ilə Kiprə gedib.

Məşhur aktyor əsgərlərin hazır vəziyyətə gətirdiyi minanı partladıb. Daniel Kreyq mətbuata açıqlamasında minalarla bağlı məlumatlı olduğunu deyib: “Bura gəlməyim mənim üçün çox böyük bir təcrübə oldu. Film çəkilişləri vaxtı minalarla bağlı mənə məlumat verilmişdi. Ancaq özümün bu ərazilərdə olmağım, tamamilə, başqa hissdir”.

Qeyd edək ki, BMT-nin əsgərləri son 10 ildə Kiprin neytral ərazilərində 27 mindən çox mina zərərsizləşdirib. Ancaq bununla belə minlərlə minanın da ərazidə olduğu güman edilir.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10