Çinli müxalif fotoqraf və heykəltaraş Ai Ueyveyin ölkədən çıxmağına qoyulan qadağa ləğv olunub.
2011-ci ildə həbs edilən və bir müddət ev dustağı olan sənətçi, sonradan azadlığa çıxsa da, ölkədən çıxmağına icazə verilmirdi.
İnstaqramda xarici passportu ilə şəkil çəkdirən Ai, bu qadağanın ləğv olunduğunu bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Çin hökuməti rəssamın sərgisinin keçirilməyinə də icazə vermişdi.