Çində çoxfunksiyalı müasir incəsənət mərkəzi inşa olunur

0 Baxış

hg

Çinin Çjuxay şəhərində məşhur memar Zaha Hadidin arxitektura bürosunun layihəsi ilə çoxfunksiyalı müasir incəsənət mərkəzi inşa edilir.

Senet.az AZƏRTAC-a xarici saytlara istinadən xəbər verir ki, layihədə 100 min kvadratmetrlik binada 4 böyükmiqyaslı obyekt – sənət muzeyi, elmi mərkəz, 500 yerlik konfrans zalı və 1,2 min tamaşaçı üçün teatr nəzərdə tutulub. Memarlıq kompleksi şimaldan cənuba 270 metr, şərqdən qərbə isə 170 metr uzanır.

Mərkəzin qərb tərəfində müxtəlif açıq hava tamaşalarına baxmaq məqsədilə amfiteatr yerləşəcək.

Bundan başqa, incəsənət mərkəzinə gələn ziyarətçilər üçün şəhərin və ərazidəki gölün gözəl mənzərəsindən zövq ala bilməsi üçün hava körpüləri tikiləcək.

Bölmə : Sənət xəbər