Çingiz Abdullayev beynəlxalq mükafata layiq görülüb

6 Baxış

96501

Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev 2014-cü ildə humanitar sahədəki fəaliyyətinə görə MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun “Zvyozdı Sodrujestva” (“Birlik ulduzu”) mükafatına layiq görülüb. Mükafat Rusiyanın Voronoj şəhərində keçirilmiş təntənəli mərasimdə təqdim olunub.

Mükafatları Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Voronej vilayətinin qubernatoru Aleksey Qordeyev, Rusiya Prezidentinin beynəlxalq humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy təqdim ediblər. Bu il mükafata layiq görülənlər arasında SSRİ Xalq Artisti, dirijor Valdimir Fedoseyev, Belarus aktyoru Rostislav Yankovski, Tacikistan alimi Talbak Nazarov və başqaları var.

“Zvyozdı Sodrujestva” mükafatı 2009-cu ildə təsis edilib və hər il humanitar sahədə qazandıqları yüksək nailiyyətlərə görə MDB ölkələrinin nümayəndələrinə təqdim olunur.

Mükafatın laureatları sırasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Azərbaycanın Xalq Rəssamı Ömər Eldarov, SSRİ xalq artistləri Oleq Tabakov, Vladimir Spivakov, David Tuxmanov, Aleksandra Paxmutova və digər tanınmış şəxslər var.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10