Çingiz Abdullayev məşəl daşıdı – Açıqlama

45 Baxış

meshel

I Avropa Oyunları çərcivəsində Xalq yazışısı Çingiz Abdullayev də məşəl daşıyanlar arasında olub.

Bu barədə Senet.az-a açıqlamasında yazıçının özü məlumat verib.

O, Nizami küçəsində məşəli qəbul etdiyi bildirib: “İndi məşəllə qaçdım. Fəxr edirəm ki, I Avropa Oyunları Azərbaycanda keçirilir və mən də bu tədbirdə məşəl daşıdım. Düşünürəm ki, bu yarış ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Mən də çox böyük məmnuniyyətlə bu bu oyunların məşəldarı olmağı qəbul etdim”.

Qeyd edək ki, Çingiz Abdullayev məşəli muğam ustası Ağaxan Abdullayevlə birgə daşıyıb.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10