Çingiz Abdullayevin romanı film olur

103 Baxış

chingiz_abdullayevMədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Xeyir ilə Şərin rəqsi” adlı bədii filmin çəkilişlərinə başlanılıb.  

Xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” romanının motivləri əsasında ekranlaşdırılan filmin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayevdir.  

Qeyd edək ki, Qubanın Qırımızı qəsəbəsində Qacar şah nəslinə mənsub qədim nadir almazın axtarışı əsas süjet xəttini təşkil edən filmin çəkilişləri Qubada, Bakı şəhərinin müxtəlif ərazilərində və Kinostudiyanın pavilyonlarında qurulmuş dekorasiyalarda aparılır. 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10