Con Steynbek: “Gündə gündə səhifə yazın…”

107 Baxış

steynbekCon Steynbekdən yazarlara altı məsləhət

Con Steynbek, “The Paris Review” jurnalına 1975-ci ildə verdiyi müsahibəsində yazarlara 6 tövsiyə verib:
1. Kitabı yazıb bitirə bilməyəcəyiniz qorxusundan xilas olun. Bir dəfəyə 400 səhifə yazmağı sınamayın, gündə gündə  səhifə yazın. Yazını bitirəndə heyrətlənəcəksiniz.
2. Sərbəst və mümkün olduqca sürətli yazın. Yazacaqlarınızı bitirənə qədər əsla düzəliş etməyin və ya dəyişdirməyin. İşinizi bitirmədən düzəliş etməyə cəhd etmək ümumiyyətlə yazı prosesini dayandırmaq üçün bəhanə olacaq.

3. Oxucularınızın  varlığını unudun. Başlanğıcda adsız və sırtıq oxucular  sizi qorxutsa da, sonra bunun bir əhəmiyyəti qalmayacaq çünki bu bir teatr tamaşası deyil və onlar əslində sizi sınayırlar. Yazıda, yeganə tamaşaçı oxucudur. Tanış ya da xəyalını qurduğum birinə yazırmış kimi yazmağın faydasını gördüyüm vaxtlar olub.
4. Əgər yazının bir hissəsi bütün enerjinizi alırsa o hissəni kənara qoyun və yazmağa davam edin. Yazınızı tamam bitirəndən sonra sizi daha çox məşğul edən hissəni təkrar oxuyun. O parçanın sizi bu qədər məşğul etməsinin səbəbinin onun yerləşdirdiyiniz yerə aid olmamasından qaynaqlandığını görəcəksiniz.
5. Yazdıqlarınız içində ən çox diqqət yetirməniz vacib olan hissə ən çox bəyəndiyiniz hissədir. O parçanın ümumi yazıya uyğunlaşmadığını başa düşmək ehtimalınız yüksəkdir.
6. Dialoq yazırsınızsa, eyni anda yazdıqalrınızı yüksək səslə oxumağı da bacarın. Dialoqlar ancaq bu zaman danışıq dilinə uyğun alınacaq.

 

Hazırladı: Cəlil Cavanşir

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10