“Cümhuriyyət-100” hekayə müsabiqəsi – Qısa Siyahı

34 Baxış

31179874_822391981288766_8141602901798682624_n

USTAD” dərgisinin təşkil etdiyi “Cümhuriyyət-100” hekayə müsabiqəsinə göndərilən hekayələrin qısa siyahısı məlum olub. Dərginin təsisçisi “Hədəf” nəşriyyatından aldığımız məlumata görə, Təşkilat Komitəsi tərəfindən Münsiflər Heyətinə təqdim olunan seçilmiş hekayələr 10 ballıq meyar ilə qiymətləndirilib və qalibiyyətə iddialı hekayələrin qısa siyahısı çıxarılıb. Qaliblərin adları may ayının ikinci həftəsinə planlaşdırılan mükafatlandırma mərasimində açıqlanacaq. İlk 3 yerin qalibi mükafatlandırılacaq, qısa siyahının digər imzalarına hədiyyələr veriləcək.

Qısa siyahını oxuculara təqdim edirik (sıralama şərtidir):

Aytən Rafiqxanova – “Pirəmsaq baharı” hekayəsi

Ceylan Mumoğlu – “Quyu” ­ hekayəsi

Rəşad Babalı – “Dar ağacı” hekayəsi

Nizami Hüseynov – “Qəzetçi Seyid” hekayəsi

Lalə Məmməd – “Görünən əraf” hekayəsi

Cavid Qədir – “İtki” hekayəsi

Tural Türksoy ­– “Al-yaşıl pişnamaz” hekayəsi

Tural Cəfərli – “Rus çəkmələrinin qoxusu” hekayəsi

Ülviyə Tahir – “Sakvoyaj” hekayəsi

Şəfa Vəli – “O evin tarixçəsi” hekayəsi

Pərviz Əlyaroğlu – “Yüzillik həsrət” hekayəsi

Qeyd edək ki, müsabiqəyə göndərilib, amma Təşkilat Komitəsindən keçməyən hekayələr xaric olmaqla digər seçilmiş hekayələr “USTAD”ın xüsusi nömrəsində dərc ediləcək.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10