Cümhuriyyət qurucularından Həsən bəy Ağayev

21 Baxış

240px-Hasan_bay_Agayev

Senet.az oxucularına “Ustad” jurnalının Cümhuriyyətin 100 illiyinə həsr etdiyi xüsusi sayından AXC-nin qurucularından olan Həsən bəy Ağayev haqqında olan yazını təqdim edir. 

Həsən bəy Ağayev 1875-ci ildə Gəncədə anadan olub. Gəncə klassik gimnaziyasında təhsilini başa vurduqdan sonra 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin puluyla Moskva Universitetinin Tibb fakültəsində oxuyaraq oranı bitirir. Vətənə qayıdaraq həkimlik edir. 1906-1907-ci illərdə Güney Azərbaycanda yaşamağa məcbur olur. 1907-ci ildə Bakıda keçirilən Qafqaz Müsəlman Müəllimləri Qurultayı Mərkəzi Komitəsinin sədri seçilir, “Difai” təşkilatının üzvü olur.

Monarxiyanın süqutundan cəmi bir neçə gün sonra Gəncədə, əvvəllər “Difai”ni yaratmış Gəncə Milli Komitəsinin aparıcı şəxsləri – Şəfi bəy RüstəmbəyliXəlil bəy Xasməmmədov, Şeyxzamanlı qardaşları və başqaları ilə birgə Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Azərbaycan tarixində keyfiyyətcə yeni, ilk dəfə olaraq Avropa mədəni dəyərlərinə istinad məramlı bir partiyanın — “Türk Ədəmi-Mərkəziyyət firqəsi”nin əsasını qoyur (1917). Bu partiya Müsavatla birləşəndən sonra onun Mərkəzi Komitəsinin üzvü seçilir.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilərkən Həsən bəy Ağayev Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olur və bu tarixi hadisədə birbaşa iştirak edir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalayır. 1918-сi il, iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçür. İyunun 17-də burada keçirilən ilk iclasında Milli Şura yaranmış əziyyətlə əlaqədar olaraq, fəaliyyətini müvəqqəti dayandırır, bütün hakimiyyəti yeni yaradılmış Hökumətə verir. Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışır.

Dekabrda Parlament sədrinin müavini seçilir, sədr Əlimərdan bəy Topçubaşov Bakıda olmadığına görə 2 fevral 1920-ci ilədək sədr vəzifəsini icra edir. Cümhuriyyətin süqutundan sonra Tiflisə gedir.

19 iyul 1920-ci ildə Tiflisdə Fətəli xan Xoyskini qətlə yetirən erməni muzdlu qatilin gülləsiylə şəhid olur. Tbilisidə yerləşən köhnə müsəlman qəbiristanlığında (hazırda Botanika bağının ərazisi) dəfn olunur.