“Cümhuriyyət tələbələri” filminin təqdimatı keçiriləcək

9 Baxış

15272300635704044086_1000x669

Mayın 29-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Cümhuriyyət tələbələri” adlı sənədli filmin təqdimatı keçiriləcək.

Mədəniyyət Nazirliyindən Senet.az-a bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında “Salnaməfilm” studiyasında çəkilən ekran əsəri Cümhuriyyətin təhsil almaq üçün xaricə göndərdiyi tələbələrə həsr olunub.

Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Dilqəm Əhməd və Tahir Əliyev, operatoru Əminə Həsənli, baş məsləhətçisi Ramiz Abutalıbov, prodüseri Nazim Hüseynovdur.