Cümhuriyyətçilər Frankfurt Beynəlxalq Kitab Sərgisində anılacaq

8 Baxış

serg

Oktyabrın 10-dan 14-dək Almaniyada Frankfurt Beynəlxalq Kitab Sərgisi açılacaq.

Mədəniyyət Nazirliyindən Senet.az-a bildirilib ki, sərgidə Azərbaycan da təmsil olunacaq.

Sərgi çərçivəsində oktyabrın 10-da milli pavilyonda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Oktyabrın 11-də milli pavilyonda alman publisist, tərcüməçi Hayke Maria Yohenninqin müəllifi olduğu “Architecture guide to Baku: a city like a carpet” (Bakının arxitektura bələdçisi: xalçaya bənzər şəhər) kitabının təqdimat mərasimi planlaşdırılır.

Oktyabr 12-də isə milli pavilyonda Azərbaycanlı və alman tələbələrin iştirakı ilə “Azərbaycan mədəni irsi və onun dünyaya tanıdılması” mövzusunda müzakirə aparılaraq, tələbələrin Azərbaycanla bağlı sualları cavablandırılacaq.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10