Cümhuriyyətin Ədliyyə naziri Xəlil bəy Xasməmmədli 

22 Baxış

 Khalil_bek_Khasmamedov

Senet.az oxucularına “Ustad” jurnalının Cümhuriyyətin 100 illiyinə həsr etdiyi xüsusi sayından AXC-nin qurucularından olan Xəlil bəy Xasməmmədli  haqqında olan yazını təqdim edir. 

Xəlil bəy Xasməmmədli 1870-ci ildə Gəncədə anadan olub. O, Moskva Universitetinin Hüquq fakültəsini bitirərək, müstəntiq işləyib.

Şərqdə ilk demokratik respublika olan ADR-də ədliyyə sisteminin fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi Cümhuriyyətin yaradılması ilə bir gündə – 1918-ci il may ayının 28-də təsis edilmiş, Xəlil bəy Xasməmmədov ilk Ədliyyə naziri təyin olunmuşdu.

Xəlil bəy bütün həyatı boyu “Azərbaycana muxtariyyət” amalı uğrunda mübarizə aparmış, onun ictimai-siyasi fəaliyyətinin ən coşqun dövrü Azərbaycan Cümhuriyyətinin təşəkkülü və dirçəlişi ilə bağlı idi. O, müstəqil hökumətin beş kabinetindən dördündə iştirak etmiş, iki dəfə Ədliyyə naziri, iki dəfə Daxili İşlər naziri vəzifələrində işləmişdi.

O dövrdə daxili işlər orqanları Hərbi Nazirlik, Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları ilə sıx əlaqəli şəkildə fəaliyyət göstərirdi. Bunun da əsas səbəblərindən biri o idi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı işləyən əks qüvvələrin xeyli hissəsi milli ordunun və digər qurumların tərkibində əsgər, çavuş, zabit, polis və s. vəzifələr daşıyırdılar. Ona görə də hökumətin əleyhinə planlaşdırılan hər hansı bir təxribatın qarşısını almaq üçün belə birgə fəaliyyət zəruri idi.

Xəlil bəy Cümhuriyyətin süqutu zaman Bakıda olub. Evi də indiki Ə.Cavad küçəsində yerləşib (Vrangelskaya, 22). Cümhuriyyət hökuməti onu 1920-ci ilin aprel ayının ortaları Konstantinopola (İstanbul) səfir təyin etmişdi, amma ara qarışdığına görə ora gedə bilməmişdi. 1920-ci ilin iyunun sonunda İstanbula çatır. Ömrünün qalan illərini İstanbulda yaşamış və 1945-ci ildə vəfat etmişdir. Xəlil bəy İstanbulun Fəri Köy məzarlığında dəfn olunmuşdur.

Mənbə: “Ustad” jurnalının 19-cu sayı.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10