Cümhuriyyətin Baş Naziri: Nəsib bəy Yusifbəyli

29 Baxış

 Nesib_bey_Yusifbeyli_(Mucadile._Birinci_Hisse._Istiqlalin_Beshiyi_(2006))

Senet.az oxucularına “Ustad” jurnalının Cümhuriyyətin 100 illiyinə həsr etdiyi xüsusi sayından AXC-nin qurucularından olan Səməd bəy Mehmandarov haqqında olan yazını təqdim edir. 

Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə gimnaziyasında alıb. 1902-ci ildə Odessa şəhərindəki İmperator Novorosiyski Universitetinin Hüquq fakültəsinə daxil olur, amma universiteti bitirə bilmir. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladıqdan sonra Nəsib bəy Bağçasaray (Krım) şəhərinə gedir, orada İsmayıl Qaspiralının “Tərcüman” qəzeti ilə əməkdaşlıq etməyə başlayır. Burada o, özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirir.

1908-ci ildə Nəsib bəy İstanbula köçərək publisistik fəaliyyət göstərməklə bərabər “Türk dərnəyi” cəmiyyətinin təşkili ilə də məşğul olur. Az sonra İsmayıl Qaspiralının qızı Şəfiqə Soltan xanımla ailə həyatı quraraq bir müddət İstanbulda qalır. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışır. 1911-ci ildə “Molla Nəsrəddin” jurnalına və qəzetlərə məqalələr göndərir, “Müsəlman xeyriyyə cəmiyyəti”, “Müsəlmanların maariflənməsi cəmiyyəti”, “Aktyorlar cəmiyyəti”nin fəaliyyətlərində yaxından iştirak edir. Bu zaman o, Məmməd Əmin Rəsulzadə ilə tanış olur və ictimai siyasi fəaliyyətə başlayır.

Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya Federativ Hökumətində – Maarif naziri, Azərbaycan Demokratik Respublikasının hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi Maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi Baş Nazir, eləcə də Daxili İşlər naziri (16 iyun 1919 – 22 dekabr 1919) işləyir. 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan tutulduqdan və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədilə mühacirətə getmək üçün Bakını tərk edir, lakin 31 may 1920-ci ildə yolda, Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilir.