“Cümhuriyyətin ilk sədası”nın premyerası keçirilib

7 Baxış

ci

17 Aprel 2015 – ci il tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Cəfər İrəvan Dövlət Azərbaycan Dram Teatrının hazırladığı türkiyəli yazıçı Dəmət Çizməlinin “Cümhuriyyətin ilk sədası” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirildi.

Azərbaycan teatr səhnəsində ilk dəfə nümayiş olunan bu tamaşa 1919-cu ildə qardaş Türkiyədə baş verən hadisələrdən bəhs edir. Tamaşa gənc rejissor Nicat Mirzəzadənin quruluşunda təqdim olundu.

Tamaşanın tərcüməcisi yazar Oktay Hacımusalıdır.Tamaşada Atatürk obrazını Natiq Həziyev, Qarabəkir paşanı isə Əhliman Ərşadlı canlandırıb. Digər rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Rövşən Cəfərov və başqaları çıxış ediblər. Tədbirdə Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının başkanı İbrahim Öztek, Azərbaycan Qaçqın və Məcburi Köçkün gənclər təşkilatı İctimai Birliyinin sədri Vüqar Qədirov və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev çıxış ediblər. Daha sonra tamaşaya baxış keçirilib.

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10