“Dədə Qorqud” jurnalının növbəti nömrəsində nələr var?

3 Baxış

 

hg

Folklor İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan “Dədə Qorqud” toplusunun 71-ci nömrəsində maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər, rəylər və başqa yazılar yer alıb.

Bu barədə Senet.az-a institutdan məlumat verilib.

Bildirilib ki, filologiya elmləri doktoru Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar altı rubrikada toplanıb.

Nəşrin “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində R.Qafarlının “Kitabi-Dədə Qorqud”da mif və Azərbaycan-türk etnik-mədəni gerçəkliyi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin “Yay dartıb ox atmaq” motivi kontekstində Beyrəyin ərgənləşməsinin psixoanalitik semantikası” məqalələri dərc edilib. Həmçinin jurnalın “Folklorşünaslıq: problemlər, tədqiqlər”, “Azərbaycan folklor örnəkləri”, “Türk xalqlarının folklorundan örnəklər”, “Yeni nəşrlər: təqdimat və rəylər” rubrikalarında maraqlı elmi məqalələr yer alıb.

Toplunun “İtkilərimiz” bölməsində “Ölüm sevinməsin qoy. Kamran İmran oğlu Əliyev (1953-2020)” və “Sadə və təvazökar insan. Ramiz Kərəm oğlu Ələkbərov (1961-2020)” başlıqlı yazılar oxucuların ixtiyarına verilib.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10