Dədə Şəmşirin xatirəsinə həsr olunmuş konsert keçiriləcək

6 Baxış

ashiq_shemshir_

Martın 25-də Heydər Əliyev Sarayında saz, söz sənətinin möcüzəsi, Dədələrin yadigarı Dədə Şəmşirin əziz xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək.

Konsertdə Ədalət Dəlidağlı, Solmaz Kosayeva, Qələndər Zeynalov, Telli Borçalı, Gözəl Kəlbəcərli, Əhliman Şirvanlı, Zülfiyyə İbadova, Fəzail Miskinli, Samirə Əliyeva, İlham Aslanbəyli, Familə Göyçəli, Əli Tapdıqoğlu, Kəmalə Qubadlı, Təbriz Vəliyev, Nemət Qasımlı, Kərəm Vəliyev, Əli Zeynalabdinov, İmaməli Budaqov, Nəbi Nağıyev, Nazim Quliyev, Avdı Musayev, Şaiq İncəli və başqaları iştirak edəcəklər.

Biletlərin qiyməti 10-60 manat təşkil edir. Biletləri w.w.w.iticket.az dan onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

KÖŞƏ YAZARLARI
TOP 10