Dərslik müəllifləri və müəllimlər bir arada – Fotolar

117 Baxış

40072163_281499435996318_5401776180586086400_n

2 il öncə − avqustun 25-də Təhsil Nazirliyi tərəfindən dərslik layihəsi kimi qəbul olunmuş 8-ci və 9-cu siniflər üçün “Azərbaycan dili” dərsliklərinin təqdimat mərasimi keçirildi.

Tədbirdə Bakı, Sumqayıt, Şəki, Quba, Kürdəmir, Bərdə, Lerik və s. bölgələrdən orta məktəb müəllimləri iştirak etdilər. Təqdimata qatılmış müəllim kontingentinin genişliyi müəlliflərin, xüsusən də Rafiq İsmayılovun dərslik müəllifi kimi geniş müəllim auditoriyasına yaxşı tanış olması, əvvəlki dərsliklərinin özünü doğrultması və fənn müəllimləri tərəfindən müsbət qiymətləndirilməsi ilə bağlı idi. Müəllimlərin əksəriyyəti R.İsmayılovun müzakirəyə çıxarılmış alternativ dərsliyini əsas dərslik ilə dərslərdə paralel şəkildə istıfadə etmək niyyətində olduqlarını bildirdilər. Müəllimlər bu faydalı görüşün təşkilatçılarına, müəlliflərə dərin təşəkkürlərini bildirdilər. Demək olar ki, elmi-kütləvi konfrans təsiri bağışlayan görüşün sonunda sınaq nəşrin nəticələrinin dərs ilinin sonunda yenidən müzakirə edilməsi qərara alındı. 10 mart 2017-ci ildə sınaq dərsliklərin müzakirəsində iştirak etmiş müəllimlərin bir çoxu BSU-nun dosenti filologiya elmləri namizədi Şəhla Əhmədovanın moderatorluğu ilə BSU-da təşkil olunmuş dəyirmi masa ətrafında yenidən toplaşdılar.

Görüş elmi-metodik baxımdan çox məhsuldar oldu. Orta məktəb müəllimləri, universitet professoru, dosent və baş müəllimləri iştirak edirdilər. Müəllimlər il ərzində istifadə etdikləri bu dərslikləri əhatəli şəkildə təhlil etdilər və tədris zamanı Rafiq İsmayılovun müəllifi olduğu dərsliklərin daha effektli olduğunu xüsusilə vurğuladılar. Əslində, Rafiq İsmayilovu dəvət etmişdik ki, dərsliyi barədə qeyd və təklifləri dinləsin. Amma Rafiq müəllim bizlərə əməlli-başlı ustad dərsi keçdi. Bizcə, həqiqi kurikulumu Rafiq müəllim və onun komandası qədər bilən və vicdanla tətbiq edən respublikamızda yox dərəcəsindədir. Odur ki, Rafiq müəllimin yazıları, söhbətləri müəllimlər üçün həmişə maraqlı olur. BSU-nun dosenti, f.e.n. Şəhla Əhmədova dərsliklər barədə peşəkarcasına çıxış edərək dərsliklərin bütün tələblərə cavab verdiyini vurğuladı və sözü digər həmkarlara verdi.

Prof. Telman Cəfərovun iştirakı tədbirə maraq qatdı. Özü də dərslik müəllifi olduğundan dərsliklərı peşəkarcasına yanaşdı. Bilirik ki, Telman müəllim kurikulumu ali məktəbə gətirmək üçün əlindən gələni edir. Bunun millətə və təhsilə xeyri dəyə bilər. Dərsliklərin redaktoru Elxan Nəcəfov dərsliklərin uğurlu alınmasında rolu böyükdür. Dəyirmi masada çıxışı ilə məclisə bir az da maraq qatan Elxan müəllim bir sıra suallara da aydınlıq gətirdi. Daha bir iştirakçı “Hədəf” kurslarının Azadlıq filialının rəhbəri, “Hədəf” vəsaitlərinin həmmüəlliflərindən Məhəmməd Rəsul Xankişiyev müəllim idi. “Hədəf” kursları təhsilimizdə danılmaz xidmətləri, uğurları ilə seçilir. Məhəmməd müəllim bu elm ocağını adına layiq şəkildə də təmsil etdi. Fəxr edirik ki ki, təhsilimiz belə əllərdədir. Təhsil Nazirliyinin eksperti kimi Çiçək Əliyevanın müşahidələrini də dinləmək olduqca maraqlı oldu. Məlum oldu ki, Ağdam rayonu 15 nömrəli məktəbin müəllimi Surac Bəşirov dərslikləri çox diqqətlə araşdırmışdır; qeydləri, təklifləri daha çox idi. Müəlliflərə güzəştə getməməsi də öz yerində. Güvən kurslarını təmsil edən Vüqar Adil müəllimin dərslik sahəsində təcrübəsi çoxdur. Təhlillərində bu çox aydın hiss olunurdu. Gənc olsa da, qocaman uğurlar qazanmış Aynur Rustamova xanım şərhləri ilə yadda qaldı. Müəlliflər komandasının həm müdafiəçisi idi, həm hücumçusu olaraq.

Görüşə ev sahibliyi etdiklərinə, dəstəyə görə BSU nəzdində Məktəb-lisey Kompleksinin direktor müavini İlhamə Xəlilovaya, Ruhengiz Qeribovaya, İradə Nabiyevaya, Yeganə Mammədovaya təşəkkür edirik. Akif Məmmədov müəllimin metodbirləşməsinin yadigarları onun ruhunu yaşadırlar. Təklif olundu ki, belə görüşlər tez-tez təşkil olunsun. Həmçinin Tərlan Həsənova təcrübəli müəllim kimi öz qeydlərini dedi. Dəyirmi masada BSU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının üzvləri də fəak iştirak etdilər: Dos. Sevil Hümmətova, baş müəllim Gülqız Adilova, Kamilə Yəhyayeva. Təhsil eksperti Vüsalə Babayeva, müxtəlif zonadan olan müəllimlərdən Mətanət Qasımova, Xanımgül Həsənova, Aynur Bəşirova, Ülviyyə Əliyeva və s. də müzakirələrdə öz sözlərini dedilər. Belə təqdimatların, belə müzakirələrin təhsilimizə, müəllimlərimizə faydalı olduğunu düşünür davam etmək fikrindəyik.

Hazırladı: Ülviyyə Əliyeva