“Dələduz” tamaşasının premyerasını keçiriləcək

6 Baxış

sus

Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında “Dələduz” tamaşasının premyerası keçiriləcək.

Senet.az saytı APA-ya istinadən xəbər verir ki, Nəcəf bəy Vəzirovun “Dələduz” əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Tamaşada teatrın aktyorlarından Teymur Məmmədov (Mirzə Dadaş), Mətanət Eres (Gülcahan), Etibar Cəfərov (Məcid), Rasəf Mehdiyev (Qurbanəli), Nazir Rüstəmov (Divanbəyi), Vüqar Ağayev (Fərraş Məmmədəli), Sevic Ağayeva (Pəricahan), Vüsalə Məmmədzadə (Nurcahan), Xatirə İsgəndərova (Ana), Məhbubə Fətəliyeva (Tükəzban) iştirak edirlər.

Bölmə : Teatr