Da Vinçinin çəkdiyi eskiz rekord qiymətə satıldı

3 Baxış

hg

Leonardo Da Vinçinin çəkdiyi “Ayının başı” eskizi “Christie’s” hərrac evində 12,2 milyon dollara satılıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə hərrac evinin nəticələrinə əsaslanaraq məlumat verilib.

Qeyd olunub ki, yeddi kvadrat santimetr ölçüdə kiçik bir eskiz çəhrayı-bej rəngli kağız üzərində sadə karandaşla işlənib.

Bildirilib ki, Da Vinçi üçün bu əsər rekord qiymət hesab olunur. Ötən dəfə “Christie’s” hərrac evində ən yüksək qiymət 2001-ci ildə qeydə alınmışdı ki, bu da 11,5 milyon dollara satılan “At və atlı” əsəri hesab olunurdu.

Mütəxəssislər hesab edirlər ki, eskiz rəssamın Florensiyadan Milana köçməsindən qabaq, təxminən 1480-ci ilin əvvəllərində çəkilib.

Qeyd edək ki, bu vaxta qədər Leonardo Da Vinçinin hər hansı bir ayını öz əsərlərində təsvir etməsi müəyyən olunmayıb. Güman olunur ki, rəssam “Ayının başı” və “İtin pəncələri” eskizlərini Çeçiliya Qalleraninin portretində bir sincabı təsvir etmək üçün istifadə edib.

Bölmə : Rəssamlıq