“Dağlı qız” filmi “YARAT”da

6 Baxış

15172082591325856731_1000x669

Yanvarın 30-da “YARAT” Müasir İncəsənət Mərkəzində Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı ilə “Dağlı qız” filmi nümayiş ediləcək.

Senet.az xəbər verir ki, “YARAT” Film Klubunun təşəbbüsü ilə təqdim ediləcək ekran əsəri adət-ənənələrə qarşı çıxan və sevilməyən bir insanla evlənməkdən imtina edən bir qızdan bəhs edir.

Kinorejissor İrina Poplavskaya tərəfindən lentə alınan ekran əsərinin məzmunu Dağıstanın Xalq Şairi Rəsul Həmzətovun eyni adlı poemasının süjetindən götürülüb. Film XX əsrinin 70-ci illərində ekranlaşdırılsa da onun mövzusu hələ də aktuallığını itirməyib.

KÖŞƏ YAZARLARI
TOP 10