Daha bir “Kitab bayramı” keçirildi

37 Baxış

9

Sumqayıt şəhərində ümumi lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Kitab bayramı” keçirilib. Bayramda 20-ə yaxın nəşriyyat iştirak edib. Tədbirin açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da iştirak edib. O, kitabın insan həyatında yüksək rol oynadığını, özünün formalaşmasını məhz kitablara borclu olduğunu deyib.

Daha sonra “Əli və Nino” əsərindən tamaşa nümayiş olunub. Tamaşa öz yerini musiqi ifalarına verib.

Sonda Eldar Əzizov stendləri gəzib. O, “HƏDƏF” Nəşrlərinin stendinin qonağı olub. “HƏDƏF” şirkətlər qrupunun icraçı direktoru Emin Sadiqov Eldar Əzizovu nəşriyyatın çap məhsulları ilə tanış edib, ona müxtəlif mövzulu kitablar hədiyyə verib.

Sonda yazıçıların imza mərasimi keçirilib.

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10