Daha iki teatr yeni mövsümün açılışını etdi

41 Baxış

rusdramDaha iki teatr 143-cü teatr mövsümünün açılışını edib. Sentyabrın 18-i Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümü İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açıb.

Tamaşada Xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Ramiz Məlik, Hacı İsmayılov, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Əli Nur, Elşən Cəbrayılov, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Şəhla Əliqızı, Ləman İmanov, Sərdar Rüstəmov, Anar Heybətov, Əminə Babayeva, Rəşad Bəxtiyarov və başqaları çıxış ediblər

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında isə mövsümün  açılışında “Şəhrizadın daha bir gecəsi” tamaşası təqdim edilib. Tamaşanın ideya müəllifi və rejissoru Xalq Artisti İranə Tağızadədir. “1001 gecə” nağıllarının motivləri əsasında yazılmış pyesin müəllifi Valentina Reznikovadır.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10