Dahi yazıçıların gizli həyatları

54 Baxış

Bir çox yazıçıların fərqli və qeyri-adi yaşam tərzi olduğu deyilir. Senet.az olaraq bunu araşdırmaq qərarına gəldik.

 

sekspir

Shakespeare yazdığı əsərlərinin gətirdiyi gəlirlərindən daha çox faizə sələm verməklə qazanırdı.

edgar

Detektiv əsərlərin banisi olan Edgar Allan Poe detektiv əsər yazmaqdan çox içki aludəçisi idi.

Charles Dickens

Dünyanın ən məhşur yazıçılarından, “Böyük Ümidlər” əsərinin yazıçısı Charles Dikens dünyanın bəlkədə ən qəribə yuxu vərdişinə malik idi. Yatdığı zaman mütləq şəkildə üzü şimal qütbünə tərəf uzanardı. Bu cür uzanmağının səbəbini deyəndə isə ”yer kürəsinin elektrik axınının pozitiv və neqativ hissəsi var” demişdi. Ən çox vaxtını keçirdiyi yer isə kimsəsizlər morqu idi.

Henry David Thoreau

Vətəndaş İtaətsizliyi nəzriyyəsini elmə gətirən Henry David Throreau çox nadir hallarda duş qəbul edərdi, saçlarını demək olar ki, heç daramaz, yamaqlı paltarlar geyərdi. Thoreau eyni zamanda ilk “üzümlü çörək” bişirən adam olmuşdu.

Whitman_at_about_fifty

Walt Whitman homoseksual idi. Ən böyük sevgisi ABŞ baş naziri Abraham Lincolnə idi. Şeir yazmayan zaman və ya Abraham Lincolnə olan sevgisini demədiyi vaxtlarinda hamam vannasında içki içərək qışqıra-qışqıra mahnılar oxuyurdu.

Balzac

Balzac vəfat edən zaman 51 yaşındaydı, ancaq özündən sonraya onlarla ölümsüz əsərlər qalmışdı. Təxminən gün ərzində 50 fincan qəhvə içdiyi deyilirdi. Balzac, qəhvə hazırlayacaq biri olmayanda qəhvə çəyirdəyi çiynəyirdi.

97i/43/huty/9230/09

Tolstoyun 13 uşağı var idi. 48 illik evlilik həyatından sonra həyat yoldaşına “Mənimlə eyni yaşda olan insanların etdikləri bir şeyi tet-tez edirəm. Son günlərimi yalnız və sükunət içində yaşaya bilmək üçün dünyadan çəkirəm” yazısı olan bir qeyd qoymuşdu. Evi tərk etdiyi zaman 82-i yaşı var idi. Bir neçə gün sonra qatar stansiyasında donaraq öldü. Tolstoy müasir İvan Turgenyevi duelə dəvət edir. Həttda silahları ilə gəlirlər, ancaq hörmət etdikləri dostlarının sayəsində duel baş tutmur. Bu hadisənin ardından bu iki insan uzun illər görüşmürlər.

Lewis Carroll

“Alice Möcüzələr Diyarinda” əsərinin yazıçısı Lewis Carroll riyaziyyat dahisi idi. Yeni söz yaratmaqda onun kimi ikinci bir adam yoxdur. İndiyə qədər ingilislər onun yaratdığı onlarla sözdən istifadə edirlər. Kitabxanalarda kitabların daha asan tapılması üçün kitabın adını cildin axırına yazmaq fikrini həyata keçirmişdi. Scrabble söz oyununun ilk örnəyini həyata keçirdi. Ən sevdiyi nəqliyyat avtomobili özünün icad etdiyi üç təkərli veolsipeddir.

Oscar Wilde

Irlandiya əslli yazıçı Oscar Wilde, ABŞa səfəri zamanı gördüyü “Pionino çalanı vurmayın, o əlindən gələni edir” yazısı sənəti tənqid etmək üçün tək məntiqli cümlə olduğunu söylədi. Wildenin Hemingwayla ən böyük ortaq xüsusiyyəti ikisinində uşaqlıq vaxtlarında anaları istədikləri üçün qız paltarı geyməsi olmuşdur.

Jack London

Jack London demək olar kitab qurdu idi. Şəxsi kitabxansında 15 min kitab var idi. John Baryelcorn əsəri adsız alkoqoliklər oxunma siyahısında var idi. London beş yaşında içkiyə başladı, 40 yaşında öldü. O qədər içirdi ki, ona görədə başına saysız hadisələr gələrdi.

Virginia Woolf

Virigin Woolf danışmağı çox sevərdi. Səfərlərin birində 48 saat fasiləsiz danışmışdı. Bütün əsərlərini rəssam bacısının  iş qaydasından ilham alaraq, ayaq üstdə yazmışdı.

James Joyce ve Marcel Proust

James Joyce və Macel Proust günlərin birində görüşürlər. İkisinin görüşü xeyli maraq doğurur. Hər iki yazıçıda xeyli yaşlanmışdı. Parkların birində təsadüfən qarşılaşan iki qoca xəstəliklərindən bir-birlərinə danışırlar. Bir müddət sonra da çəkinə-çəkinə olsa da bir-birlərinin kitablarını oxumadıqlarını etiraf edirlər.

Franz Kafka

Franz Kafka ət yeməyi cinayət etmək kimi qiymətləndirir. Vəsiyətində yaxın dostu Broddan Mühakimə, Qayıdış və Kənd Həkimi istisna olmaqla bütün əsərlərini yandırmağını istəyir. Dostu Max Brod onun vəsiyətini yerinə yetirməyərək Kafkanın yazıçılıq karyerasına böyük töhfə verir.

T.S. Eliot

T.S.Eliot ciddi görkəminə baxmayaraq, zarafatları, səsli yastıqları çox xoşlayırdı.

Agatha Christie

Agatha Christe 1926-cı ildə 36 yaşındaykən itdi. Yerli polis, xalqı və kəşfiyyatçılar onu axtradı. 10 gün sonra saxta şəxsiyyət vəsiqəsi ilə otellərin birində tapıldı. Sonralar nələr olduğu xatırlamadığını söylədi. Həqiqətdə isə nə olduğu sirr olaraq qaldı.

Ernest Hemingway,

Ernes Hemingway özü haqqında ağır bir yazı yazan tənqidçini ilk qarşılaşdığı zaman vurub yerə sərdi. Bir yazıçının tənqidçiyə qarşı ən sərt hərəkəti bu oldu.