“Daşkənd baharı-2017” Festivalında “Traviata” operası

2 Baxış

14932792444328645868_1000x669

“Daşkənd baharı-2017” IV Beynəlxalq Opera və Balet Festivalı çərçivəsində Azərbaycanın və Özbəkistanın Xalq Artisti Firudin Səfərovun rejissoru olduğu C.Verdinin “Traviata” operası nümayiş edilib.

Festivalda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın opera və balet sənətinin tanınmış nümayəndələri, dirijorlar iştirak edib.

Tamaşaya Rusiya və Gürcüstandan gələn artistlər də qatılıb.

Xatırladırıq ki, Daşkəndə gəlməzdən əvvəl Firudin Səfərov 14 il Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru işləyib, bu mədəniyyət ocağında dahi Üzeyir Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun” operalarına quruluş verib.

Tanınmış rejissor artıq 40 ilə yaxındır ki, Daşkənddə çalışır. O, Bakı və Daşkənd teatrlarında 70-dən artıq müasir və klassik opera tamaşalarına quruluş verib.

Mənbə: AzərTAC

KÖŞƏ YAZARLARI
TOP 10