“Daun sindromlu insanların cəmiyyətdəki yeri və rolu” mövzusunda videoçarx müsabiqəsi

42 Baxış

Daun müsabiqə“Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin və YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Daun sindromlu insanların cəmiyyətdəki yeri və rolu” mövzusunda videoçarx müsabiqəsi elan edilir.

Müsabiqənin texniki şərtləri:

  1. Müsabiqə üçün təqdim edilən videoçarxlar daha əvvəl heç yerdə paylaşılmamış olmalıdır.
  2. Müsabiqədə hazırda yerli universitetlərin bakalavr və magistr səviyyələrində təhsil almaqda olan bütün tələbələr iştirak edə bilərlər.
  3. Təqdim edilən videoçarxlar bir şəxs və ya  bir qrup tələbə tərəfindən (3 nəfərdən çox olmamaqla) ərsəyə gətirilə bilər.
  4. Videoçarxların xronometrajı ən azı 5 dəqiqə olmalıdır.
  5. Videoçarxın sonunda “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin adı və loqosu verilməlidir. Ardınca, müəllifin (və ya müəlliflərin) ad və soyadları, təhsil aldıqları universitetin (və ya universitetlərin) adı qeyd olunmalıdır.
  6. Videoçarxlar 05.05.16 – 05.08.16 tarixləri arasında müraciət edən tələbənin (və ya tələbələrin) şəxsi youtube kanalına yüklənməlidir. Sonra isə videonun linki mövzu yerində “MÜSABİQƏ ÜÇÜN” yazılaraq, khulya.jafarova@gmail.com ünvanına göndərilməlidir. Qeyd edilən tarixdən tez və ya gec, həmçinin müəllifin (və ya müəlliflərin) şəxsi youtube kanalından kənarda yüklənən videolar müsabiqəyə qəbul edilməyəcəkdir.
  7. Videoçarxın linki ilə yanaşı, müəllif (və ya müəlliflərin) tələbə biletlərinin skan edilmiş surəti də göndərilməlidir. Zəhmət olmasa, qarışıqlıq yaranmaması üçün tələb olunan bütün məlumatları bir mesaj daxilində göndərin.
  8. Videoçarxlarda müvafiq şifahi və ya yazılı mətnlərdən istifadə edilib edilməməsi müəllifin seçiminə buraxılmışdır. Mətnlərdən istifadə edildiyi təqdirdə, orfoqrafik və orfoepik qaydalara riayət edilməsi mütləqdir.
  9. Videoçarxlarda istifadə edilən şifahi mətnlərin azərbaycan dilində olması mütləqdir. Müəllif (və ya müəlliflər) digər dillərdə subtitrlərdən istifadə edə bilərlər. Əgər yalnız yazılı mətnlərdən istifadə edilərsə, bu zaman mətn mütləq azərbaycan dilində olmalıdır.
  10. Videoçarxların çəkilişi üçün “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə müraciət edilə bilər. Lakin çəkiliş üçün mütləq bir neçə gün əvvəldən əlaqə saxlanılmalıdır. 

Videoçarxların qiymətləndirilmə meyarları:

  1. Daun sindromlu şəxslərin cəmiyyətdəki rolunun lazımınca əks etdirilməsi
  2. Bu istiqamətdə “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin rolunun və fəaliyyətinin lazımınca əks etdirilməsi
  3. Ssenarinin orijinallığı
  4. İstifadə edilən görüntülərin yeniliyi və orijinallığı
  5. Mövzunun tam əhatə edilməsi
  6. Montajın peşəkarlığı
  7. İstifadə edilən görüntü, səs və mətnlərin uyğunluğu
  8. Videoçarx vasitəsilə müvafiq mesajların ötürülməsi
  9. Videoçarxın emosional gücü

Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

Birinci yer – 2000 AZN
İkinci yer – 1500 AZN
Üçüncü yer – 750 AZN
 

QEYD: Müsabiqəyə qatılmağa haqq qazanan bütün videoçarxlar göndərildiyi gündən etibarən 5 iş günü ərzində “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin facebook səhifəsində yerləşdiriləcəkdir.

Səhifədə ən çox “like” toplayan videoçarx 500 AZN məbləğində pul mükafatına layiq görüləcəkdir. 

Müsabiqəyə qəbul edilmiş videoçarxlar nüfuzlu ekspertlərdən təşkil olunmuş münsiflər heyəti tərəfindən yoxlanılacaq və qaliblər müəyyən ediləcəkdir. Videoçarxlar 05.05.16 – 05.08.16tarixləri arasında təqdim edilməlidir. Qaliblərin bu ilin sentyabr ayında elan edilməsi nəzərdə tutulur.

Əlaqə: (012) 488 67 28

Email:khulya.jafarova@gmail.com

Facebook:https://www.facebook.com/qaygi.ictimaibirlik/

 

Bölmə : Sənət xəbər