Dedektiv yazar Müşfiq XANın “Yoxolma” kitabı işıq üzü görüb

21 Baxış

yoxolma

“XAN” nəşriyyatında Müşfiq XANın sayca 13-cü kitabı olan “Yoxolma” işıq üzü görüb. Kitabda müəllifin detektiv janrda qələmə aldığı “Ölümlə üz-üzə”, “Müəmmalı yanğın”, qorxu-detektiv janrda yazdığı “Yoxolma” povestləri ilə yanaşı “Yazıçının intiharı”, “Zəhləmgetmiş” və “Şanslı gün” hekayələri yer almışdır.Yazıçı müasir mövzularda qələmə aldığı bu nəsr nümunələrində insan həyatının mürəkkəb psixoloji durumunu incələməyə çalışmış, bir-birindən maraqlı insan obrazları yaratmışdır. Kitabın redaktoru Əyyub Qiyasdır.

Qeyd edək ki, müəllif yeni kitabı üçün oxuduğu intronu sosial şəbəkədə oxucuları ilə paylaşıb.

https://www.youtube.com/watch?v=vbLZdkXmwNQ&feature=youtu.be

KÖŞƏ YAZARLARI
TOP 10