Deşifrə olunmamış Voyniç əlyazması -FOTOLAR

45 Baxış

Voynic elifbasi

Voyniç Əlyazması və ya Voyniç manuskripti ( ingiliscə-Voynich Manuscript) 15-ci əsrdə naməlum müəllif tərəfindən naməlum dildə və naməlum əlifbanın tətbiqi ilə yazılmış  illüstrasiyalı kitabdır.

Bəs Niyə Voyniç Əlyazması?

Kitab onu 1912-ci ildəəldə etmiş antikvar Uilfrid Voyniçin adını daşıyır. Uilfrid Voyniç isə məşhur irland və ingilis yazıçısı Etel Lilian Voyniçin həyat yoldaşıdır. 1959-cu ildə bukinist Hans Kraus əlyazmanı Voyniçinlərin varisindən 24.500 ABŞ dollarına almış və 1969-cu ildə  Yel Universitetində yerləşən  Beynek Nadir Kitablar vəƏlyazmalar Kitabxanasına bağışlamışdır. Əlyazma hələ dəbu kitabxanada saxlanılır.

Kitab təqribən 240 səhifə nazik perqamentdən ibarətdir. Üz qabığında heç bir yazı və ya şəkil yoxdur. Kitabın qalınlığı 5 santimetrdir. Səhifənin ölçüsü 16,2x 23,5santimetrdir.  Səhifə nömrələnməsindəki intervallar  bəzi səhifələrin 1912-ci ilə qədər itirildiyinə işarədir. Buna əsaslanaraq demək olar ki kitab əslində 272 səhifədən ibarət olub.

Manuskriptin 4 səhifəsinin radiokarbon analizindən sonra  əlyazmanın perqamentinin  Erkən İntibah dövrünün 1404-1438 ci illərində hazırlandığı təyin olunmuşdur.  Əlyazmada yalnız 1 realistik illüstrasiya var və bu da  “ qaranquş quyruğu”   dişli divarlı şəhər rəsmidir. XV əsrin əvvəllərində belə divarlar əsasən Şimali İtaliyada yerləşirdi.

Əlyazma həm kriptoqrafiya həvəskarları, həm də professional kriptoanalitiklər tərəfindən araşdırılıb. Araşdıranlar siyahısına hətta İkinci Dünya Müharibəsi dövrü kriptoanalitikləri də aiddir. Araşdırmalara baxmayaraq manuskriptin kiçik fraqmentini belə deşifrə etmək mümkün olmamışdır və bu silsilə uğursuzluqlara görə Voyniç manuskripti hələ də kriptoanalitiklərin diqqət mərkəzindədir.

 Voyniç əlyazması – sirli bir kitabdır və təxminən 600 il əvvəl naməlum bir müəllif tərəfindən naməlum bir ildə yazılıb. Əlyazma 4 nümunəsinin radiokarbon analizinin nəticələrinə əsasən bu əlyazmanın 1404-1438-ci illər arasında yazıldığı müəyyən olunmuşdu. Bu günümüzə qədər dəfələrlə bu əlyazmanın sirrini açmağa çalışsalar da bir nəticə verməmişdi. Mütəxəssislər gəldiyi nəticə isə belədir ki, əlyazma açıq-aydın bir məntiqi struktura malik süni bir dildə yazılıb.

KÖŞƏ YAZARLARI
TOP 10