Detektiv romanlar belə yazılmalıdır

178 Baxış

mushfiqxanMüşfiq XAN

 

Yazı prosesində münbit şərait varsa, daha dəqiqi, tarixçilərin dediyi kimi – inqilabi şərait yetişibsə, inqilab olmalıdı. Yəni, əgər sənin beyin neyronların qeyri-ixtiyari olaraq bütün kənar müdaxilələrdən təcrid olunubsa, yazmağı şiddətlə arzu edirsənsə, başlamalısan. Bu halda, yazı prosesində heç bir tələsik mətndən söhbət gedə bilməz. Əksinə, bu şəraitdə tələsik yazılan mətnlər daha uğurlu alınır. Nəinki “mütləq yeni nəsə yazmalıyam”, “belə olmaz” tipli düşüncələrlə yazı masasında saatlarla oturub mətn barəsində baş sındırmaq. Əlbəttə, ideya və süjet beynində yerbəyer olunubsa, tələsmədən də işləmək olar. Yazı masası arxasında olmaq da şərt deyil. Ümumiyyətlə, oturub, yaxud dirsəklənib, uzanıb yazmaq, noutbukamı, telefonun mesaj yerinəmi, qeyd dəftərçəsinəmi, tualet salfetinəmi, divar kağızınamı, ovcunuzun-qollarınızın üstünəmi yazmaq belə şəraitdə unudulur. Təkcə bir şey düşünürsən – bunu mütləq yazmalıyam.

Bu şəraitdə yazmaq vaxtsız-vədəsiz gələn, amma bir ömürlük xatirələri qalan sevişmələrə bənzəyir. Planlaşdırılmış hiss və hadisələrin bircə kadrlıq xatirəsi olmur, bilirsiz. Zillətlə, zorla düşünülmüş mətnlər də belədi. Buna görə də bekara yerə zibil qutularının bağrın çatlatmağa, kağızları məsrəf eləməyə dəyməz.

Amma bir az əvvəl də dediyim kimi, ağlınıza yazacağınız mətnlə bağlı önəmli ideya gəlibsə, harda olduğunuzdan və nə iş gördüyünüzdən aslı olmayaraq qeydləri götürmək gələcək əsərinizçün həyat məsələsidi.

 

p.s. İlham pərilərinə çox da inanmayın.

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10