“DİFAİ” Təşkilatının Şuşa bölmə rəisi – Kərim bəy Mehmandarov

120 Baxış

 Abdul_Kerim_MehmandarovAzərbaycan mücadilə hərəkatının kəskin qılınclarından…

Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarov - Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim, “Difai” təşkilatının Şuşa şöbəsinin sədri olmuşdur.

Kərim bəy Mirzə Mustafa bəy oğlu 1854-cü ildə Şuşa şəhərində doğulmuşdu. 1872-ci ildə Bakı şəhər gimnaziyasını bitirmişdi. Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasına daxil olmuşdu. 1877-ci ildə akademiyanı tamamlayıb Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləmişdi.

1873-cü ildə Azərbaycana dönmüş, Yelizavetpol quberniyasının Cavanşir qəzasında həkim kimi çalışmışdı. Sonra Şuşa şəhərinə dəyişilmişdi. Şəhərdə çalışarkən ictimai işlərdə də fəal iştirak etmişdi. Kərim bəy “Difai” partiyasının Şuşa komitəsinin sədri olmuşdu. O, 1929-cu ildə vəfat edib.

Kərim bəy öncə Aleksandra Mixaylovna Dolqanova ilə ailə qurmuşdu. Bu izdivacdan Mixail adlı oğlu olmuşdi. İkinci dəfə Bəhmən mirzə Qovanlı-Qacarın qızı Zəri xanımla evlənmişdi. İkinci nikahdan Ədil bəy, Rəşid bəy, Surxay bəy adlı oğulları, Turan xanım, Kübra xanım, Nüşabə xanım və Məhbubə xanım adlı qızları vardı.

Kərim bəy Mehmandarov çar hökumətinin bir çox ödüllərini almışdı.

1. 1880-ci ildə ikinci dərəcəli “Müqəddəs Stanislav”

2. 1897-ci ildə ikinci dərəcəli “Müqəddəs Anna”,

3. 1911-ci ildə dördüncü dərəcəli “Müqəddəs Vladimir” ordenləri ilə təltif edilmişdi.

Difaiçilər-yeni

Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarovun başçılığı ilə Difai Təşkilatının Şuşa bölməsinin fəaliiyəti və gördüyü tədbirlər.

Şuşada xalq arasında “dəli sudya” adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ərmənilərə kömək etdiyi üçün “Difai”nin Şuşa Komitəsinin qərarı ilə aradan götürülür. Gəncədəki polis rəisi Bannikov, Tərtərdəki polis rəisi Felikinski də eyni səbəbdən partiyanın qərarı ilə “daimi istirahət”ə göndərilirlər. Bu siyahını uzatmaq da olar. Bütün bunları əlbəttə ki, Azərbaycanda xalqın azadlıq uğrunda mübarizəsinin başlanğıcı kimi qiymətləndirməliyik. Sonralar “Difai” partiyasının üzvlərindən bəziləri Stolıpinin irtica illərində həbs olunur, bəziləri isə Türküstana sürgün edilirlər (1908).

Qarabağda (Şuşada) “Difai” Komitəsinin üzvlərindən Nəcəfqulu ağa Cavanşir, Mircabbar ağa Ağamirov, Seyid Miriş Ağamirov, Əfrasiyab Əzimov, Alı kişi, İsfəndiyar Alpouti, Zərgər Məmiş və başqalarının adını çəkmək mümkündür. 1907-ci ildə “Difai” təşkilatının qanadı “Qarabağ məclisi”nin fəalları kütləvi həbsə məruz qaldılar. Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimоvu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyоvu və Məmmədcəfər Muxtarоvu Şuşa həbsxanasına saldılar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün etdilər. Məmmədcəfər Muxtarоv İran təəbəsi оlduğundan оnu İrana yоlladılar.

 

 

 

 

 

Məzahim Mustafazadə

 

Bölmə : Araşdırma, Tarix
KÖŞƏ YAZARLARI
TOP 10