Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev vəfat etdi

85 Baxış

haciyevAzərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib.

Senet.az xəbər verir ki, Dilçilik İnstitutundan APA-ya verilən məlumata görə, Tofiq Hacıyev dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Tofiq Hacıyevin oğlu faktı təsdiqləyib. Onun sözlərinə görə, atası bu gün səhər saatlarında yaşadığı evin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Qeyd edək ki, Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Onun “Sabir: qaynaqlar və sələflər” (1980), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990), “Dədə Qorqud: dilimiz, düşüncəmiz” (1999) kitabları işıq üzü görüb. “Azərbaycan sovet ədəbiyyatı” (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. Onun “Sabir: qaynaqlar və sələflər” (1980), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990), “Dədə Qorqud: dilimiz, düşüncəmiz” (1999) kitabları işıq üzü görüb.

“Azərbaycan sovet ədəbiyyatı” (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. Eyni zamanda “Azərbaycan ədəbi dili tarixi” (2-ci hissə, 1987) dərsliyinin, “Azərbaycan ədəbi dili tarixi” (1976), “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi” (1977), “Azərbaycan dili tarixi” (1983, Kamil Vəliyevlə birgə), “Azərbaycan dili” (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.

Bölmə : Sənət xəbər