Dilqəm Əhməd Axundovun ev muzeyindən yazır

46 Baxış

1

Senet.az gənc yazıçı Dilqəm Əhmədin Mirzə Fətəli Axundovun Tiflisdəki ev muzeyindən reportajını təqdim edir.

 

 

 

 

 

12 insanın öldüyü, zooparkın dağıldığı və vəhşi heyvanların şəhərə hücuma keçdiyi o məlum gecədə biz də Tiflisdə idik.Günorta şəhəri bir az gəzib, sonra qatar yorğunluğundan xilas olmaq üçün bir neçə saat yatıb axşam yenidən gəzmək fikrində idik.Lakin biz yatsaq da, göy gurultusu, şimşək tanrısı Zevs oyaq idi, budəfəki qurban kimi Tiflisi seçmişdi.Şimşəyin səsindən, yağışın ac qurd sürüyə daraşan kimi yerə doğru şığıması planlarımızı alt-üst etdi və səhəri gözləməyə məcbur olduq.Səhər isə Ra Zevsi yenmiş, hər tərəf işığa bələnmişdi.Axşamkı yağışın izi-tozu görünmürdü.Sən demə, mərkəz tərəfdə görünmürmüş.Ətraflarda isə evlər dağılmış, körpü uçmuş, sel fəlakət yaratmışdı.Mərkəzdə isə əhali heç nə olmamış kimi öz gündəlik həyatını yaşayırdı.Bizi məsələdən hali edən isə boşboğaz taksi sürücüsü oldu.Sən demə, 5 şir qaçmış, 7 pələng pusqudadır, 20 canavar isə hər an insan parçalamaq üçün fürsət gözləyir.Nə edək, hər ölkədə olduğu kimi bu boşboğazlığının əvəzində 5 lari əvəzinə 5 manat alan sürücü bizi lazımı yerə gətirdi.

Axundovun ev muzeyinə.

 

ev muzeyi

 

 

Muzey hər gün saat 10-dan etibarən açılmalı olmasına baxmayaraq, bizi ancaq saat 11-də buraxdılar.

4

 

 

Biletin qiymətinin 3 lari olduğunu deyən bələdçi xanım, bizə pult və qulaqlıq verdi, muzeyin zallarında uyğun düyməni basmaqla məlumat ala biləcəyimizi bildirdi.

13

 

 

 

 

 

 

 

 

 

Həmçinin özünün də bizi müşayiət edəcəyini, əlavə məlumat verəcəyini dedi. Jurnalist olduğumu bildirsəm də, bələdçi xanımın hər hansı bir ilgisini çəkə bilmədim.

11

 

 

 

 

 

 

 

 

 

Elə otağın birini gəzmişdik ki, bələdçi xanımı təcili aşağı çağırdılar ki, Bakıdan jurnalistlər gəlib, onları qarşıla.Təbii qarşıladıq, ola bilsin, əvvəlcədən razılaşdırılmış çəkiliş və ya reportaj olacaqdı. Beləliklə, bələdçi xanımı əbədiyyən itirdik.

9

Çünki gələn məşhur jurnalist Zaur Baxşəliyev idi. Qonaqlarla geri qayıdan bələdçi xanım üzr istəyərək daha bizimlə məşğul ola bilməyəcəyini dedi. Barı fotomuzu çək dedik, ona da yaxın durmadı, həyəcanlı mimika ilə işi olduğunu bildirdi. Yəni bizə deyil, yeni hörmətli qonaqlara bələdçilik etməli idi. Nə edək, bu, bizim alın yazımızdır, onsuz da kitablarımızı da bəzi mağazalar götürmür.

23

 

 

Orda olduğumuz müddətdə də hər hansı bir çəkiliş olmadı. Ümumiyyətlə, muzeydə bələdçisindən nəzarətçisinə qədər çox qaşqabaqlı şəkildə qarşılandıq. Bəlkə də, axşamdan zooparkdan qaçan heyvanların acısını yaşayırdılar. Nə bilmək olar. Kor-peşman muzeydən çıxandan sonra muzeyin kafe hissəsində oturmağa da həvəs qalmadı, geri qayıdası olduq.

17

 

 

Qeyd edək ki, Mirzə Fətəli Axundov bu evi 1834-cü ildə alıb. Ölənə qədər burada yaşayıb, qiymətli əsərlərini burada yazıb.Bina 1983-cü ildə ev-muzeyi kimi fəaliyyətə başlayıb, 2007-ci ildən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi kimi xidmət göstərir.

18

 

Muzeylə üzbəüz yerdə isə Bülbülün heykəli qoyulub.

22

 

 

“Muzeyin ekspozisiya hissəsi altı zaldan ibarətdir. Zallarda Axundovun həyatına aid müxtəlif əşyalar (sənədlər, əlyazmalar, medallar, kitablar, qızına aid tikiş maşını, qorunub-saxlanılan ev əşyaları və s…) və xatirələri əks etdirən fotolar var.

282

 

 

 

 

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10