Dini sosial şəbəkə yaradıldı: “Like” əvəzinə “Amin”

48 Baxış

facegloria

Braziliyada Atilla Barbos adlı gənc yeni sosial şəbəkə yaradıb. “Facegloria” adlanan şəbəkədə söyüş söymək mümkün olmayacaq. Sayt xristian dinin qaydalarına uyğun fəaliyyət göstərəcək. Qısa zaman ərzində 100 min üzvü olan “Facegloria”da 600 sözdən ibarət qadağan edilmiş sözlərin siyahısı var. Bundan başqa dini şəbəkədə “like” düyməsini  “amin” düyməsi əvəz edir.

Saytın yaradıcısı Atilla Barbos mətbuata açıqlamasında məsələ ilə bağlı bunları deyib: “Digər sosial şəbəkələrdə həddən artıq şöyüş və pornoqrafiya var. Biz bundan uzaq olmaq istəyirik. Bunun üçün də Allahın kəlamını paylaşa biləcəyimiz bir sosial şəbəkə yaratmaq qərarına gəldik.

Qeyd edək ki, “Facegloria” hazırda yalnız portuqal dilində yayımlansa da, sayt rəhbərliyinin sözlərinə görə istifadəçilər qısa müddət ərzində digər dillərdə də istifadə edə biləcəklər.

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10