Dinlərin və təriqətlərin yaranma səbəbləri

83 Baxış

Şəmil Sadiq Bu gün dünyanı bürümüş müharbilər və çaxnaşmaların əksəriyyəti dini zəmində yarananan münaqişələrdən doğduğunu hamımız yaxşı bilirik. İnancsız bəşər ola bilməz. Mehmet Dikicinin dili ilə desək, “din bir inancdır, lakin hər inanc bir din deyil” Lakin bu inanclar bir ideologiya halına gəldikdə, dinə çevrildikdə böyük bir təhlükə mənbəyinə olur. Hələ ki, bu təhlükə mənbəyinin pultu bir qrup insanın, imperialistin, dövlətin, xüsusən şər qüvvələrin əlində ola, o zaman daha təhlükəlidir. Düzdür, bu pultun kütlənin öz əlində olması da, təhlükəkilidir. Lakin planlı şəkildə yaradılan ideologiyalar planlaşdırıldığı üçün insanlığa daha böyük zərbə vurmağa qadirdir. Türkiyə yazıçısı Cemil Meriç dediyi kimi, “həqiqət tərif edildikcə, təhrif edilir.” Təhrif isə insalığı yanlış istiqamətlərə aparır. Əgər tarixə nəzər salsaq, insanların kürəsəl dini ayrı-seçkiliyinin hardasa səngidiyi bir vaxtda-erkən orta əsrlərdə dindaxili münasibətlərin qızışdığını görərik. Bu, sonradan yaradılmış məzhəblər, təriqətlər əsasında özünü göstərdi. Maraqlıdır, əgər bütün dinləri insanlara tək Tanrı göndərmişdisə, tək Tanrının çoxdinli sistem yaratmaqda məqsəd nə idi? Belə çıxır ki, ya hər dini yaradan bir başqa allahdır, ya da Tolstoy demiş “yerdəki dinlərin Tanrıya heç bir aidiyyatı yoxdur.” Və ya tutalım ki, dinin dediyi kimi, dinləri Tanrı insanlara mərhələ-mərhələ göndərib, onları düzgün yola səsləyib. Onda belə çıxır ki, Aristotel kimi bir dahini görən dünyaya Xristianlıq və İslam kimi din gərək idimi? Lap gerçək kimi təqdim ediləni qəbul edib düşünək ki, İslam Tanrının insanlara göndərdiyi sonuncu dindir. Əgər belədirsə və dinlərin gəlişi sona çatmışdısa-sonuncu din gəlmişdisə, elə sonuncu dinin içindən təriqətlərin yaranmasına nə ehtiyac var idi? Məhz ona görə təriqətlər deyirik ki, bütün kitablı dinlər özündən sonra gələnləri ya ümumiyyətlə din adlandırmır, ya da uydurma din adlandırır. Necə ki Xristianlığın yaradılışında Musəviliyin, İslamın yaradılışında Musəvilik və Xristianlığın əlamətləri var, eləcə də, sonradan yaradılmasına cəhd edilən saxta dinlərin hamısı hansısa dinin təməlləri üzərində qurulduğundan təriqəqətlər kimi meydana çıxmışdır. Üç böyük dinin təriqət və məzhəblərinin sayına diqqət edək: İslamda Hənbəlililik, Hənəfilik, Malikilik, Mötəzililik, Mövlavilik, Nurçuluq, Qadirilik, Rüfailik, Sələfilik, Şafeilik, Babilik, Bəhailik, Bədailik, Bənanilik, Bəktaşilik, Carudilik, Cəfərilik, Cənahilik, Dəruzilik, Haşimilik, Keysanilik, İmamilik, İsmaililik, Kamililik, Mənsurilik, Mehdiyyə, Müfavvizə, Muğabrilik, Nemətullahilik, Nəsriyyə, Nəzarilik, Numanilik, Nüsayrilik, Qurabilik, Salihilik, Səbailik, Süleymanilik, Ulyanilik, Vaqifilik, Xətabilik, Yunusilik, Zərramilik, Zərrarilik, Zeydilik. Xristianlıqda Adopsiyanizm, Albigeosler, Antoinizm, Arianizm, Barnabascilar, Benediktinler, Bogomilizm, Cizvitlik, Eukhitailer, Flagellanti, Fransiskenler, Hieronymus, Karmalitler, Katarlar Maniseizm, Markionculuk, Maruniler, Meczuplar, Molinosculuk, Montanosculuk, Mormonlar, Nasturiler, Paulusculuk, Pietizm, Presbiteryanizm, Prutenlik, Quakerler, Sabilik, Shakerler, Valdoculuk, Valentinizm. Yəhudi-Musəvilikdəki təriqət və məzhəblər: Ortodoks Yahudilik, Modern Ortodoks Yahudilik, Haredi Yahudiliği Hasidik Yahudilik, Yeniden Yapılanmacı Yahudilik, Hümanist Yahudilik. P.S. Təqdim edilən bu siyahı mübahisəli ola bilər, çünki bəzi tədqiqatçılar adları çəkilənlərin bəzilərinə nə təriqət, nə də məzhəb hesab edirlər. Bəziləri isə terrorçu təşkilatlar kimi qəbul edilir. Hər halda bunları yaradanlar bu cür hesab etmirlər. Bu qədər dinin və ya təriqətin yaranma səbəbləri insanı düşündürməyə bilmir. Fikrimizcə, bu gün dünya insanlarını yönləndirən bu fikir silahları müxtəlif səbəblərdən meydana çıxmış və inkişaf etmişdir. Tədqiqatçıların dinləri təsnifi müxtəlif cürdür. Bunlardan Mehmet Dikici “Türklərdə İnanclar və din” əsərindəki bölgü aşağıdakı kimidir: 1.İlk dinlər. Bəzilərinin dini inkişafının ilk addımı olaraq düşündükləri animizm, natürizm, totemizm, fetişizm kimi sadəcə bir kult olaraq düşünülən nəzəriyələr, ilk qəbilə dinləri (Nuer, Dinka dinlər ) 2. Milli dinlər. Əsasən bir qurucusundan söz edilməyən, sadəcə bi millətə aid olan ənənələr çərçivəsindəki fəaliyyət göstərən dinlər (Yunan, Misir, Roman, Türk dinləri kimi) 3. Dünya dinləri: İslam, Xristianlıq, Müsəvilik kimi.” Bu bölgüyə diqqət etsək, və dinlərin bu günkü vəziyyətinə baxsaq, daha çox cəhalət və ayrıseçkiliyi Dünya dinləri adlandırılan müəllifli dinlərdə görə bilərik. Bu günkü bəşəri fəlakətlərin əsas baiskarı elə məhz müəllifli dinlərdir. Müəllifli dinlərin daxilindəki parçalanmaların təzahürü kimi Ərəstun Həbibbəyli Sufi cərəyanların yaranma səbələrini dörd amillə qeyd edir: “1. Sufizm, xüsusilə, islamın ilkin dövrlərində bu dinin yeni ərazilərə yayılmasına xidmət etmişdir. 2. Müsəlman dünyası daxilində baş verən siyasi hadisələrə əks-reaksiya. 3. İslamdan əvvəlki elmi dünyagörüşünün dinin imkan verdiyi çərçivədə əksi. 4. Ərəb işğalı hesabına vahid ümmətə çevrilən müsəlman dünyasında ayrı-ayrı milli-etnik, teoloji xüsusiyyətlərin təzahürü” Bizim dinlərin və təriqətlərin yaranma yollarını və səbəblərini başqa cür görürük. 1. Kamil insanın həqiqət axtarışı İnsanın dünyanı dərki yolundakı mübarizəsi şəraitində inanclar sistemi formalaşmağa başladı. Bu inanclar zaman-zaman böyük kütlələri əhatə etdi və beləcə tayfa və qəbilələr bu inanc sisteminin gətirdiyi qaydalarla idarə edilməyə başlandı. Sonralar isə həmin sistemin yetişdirdiyi sonrakı nəsil Kamil insanlar inandıqları dinin naqisliyi qənaətinə gəldi və yeni ideya axtarışına çıxdı. Əldə olanın əsasında yeni və saf ideologiya yaratmağa cəhdlər etdi ki, sirli dünyanı olduğu kimi anlaya bilsin və yaşam tərzini qaydaya salsınlar. Bu inanclar, dinlər sistemi seçilmiş, haqq uğrunda yola çıxan kamil insanların arzusu idi. Onlar inanclarının batininə endikcə təhriflərin, gizlədilmiş sirlərin olduğu qənaətinə gəldilər, inandıqları dinin əsasları üzərində yeni konsepsiyalar irəli sürdülər, zaman-zaman haqq səslərini insanlara çatdırmağa başladılar və təşkilatlandılar. 2. Zamanın yaratdığı dinlər və ya Dinlərin zamanla ayaqlaşdırılması İnsan şüurunun, elm-texnikanın inkişafı nəticəsində dəyişən dünyaya uyğunlaşdırılmış dini yaşam tərzi yaratmaq arzusu. Bu gün istər din xadimləri, istərsə də hər hansı bir dinə mənsub olan insan təqdim olunan dini olduğu kimi yaşaya bilmir. Çünki insan ruhu çərçivə sevmir və azaddır daima, lap Tanrısı kimi. Biz tarixdən, bədii əsərlərdən də görürük ki, dinlərin qoyduğu qadağaları ilk pozan elə din keşikçilərinin özləri olmuşlar. Belə halda ortalığa digərlərindən daha geniş düşünməyi bacaran dahilər çıxmış, zaman və şəraitə uyğun olaraq özünün başa düşdüyü dini dünyagörüşü sistemə salmışdır. Bu fikirlərlə razılaşanlar onun ətrafına toplaşandan sonra isə artıq bir cəmiyyət yaranmış və bu idelogiyaya inanıb onu geniş kütlələrə yayanlar meydana çıxmışdır. Bu isə artıq dinləri, təriqətləri meydana gətirmişdir. Və beləcə parçalanmağa və savaşmağa başlamışdır insan. Mövlanə Cəlaləddinin dediyi kimi, “təriqət qanlı yoldur. Orda can vermək də hər adamın bacardığı iş deyil. Əldən düşənə qədər savaşmış, zəiflər məğlub olmuşdur. Amma ideyaları məğlub olmamış, insanlar öz ideyalarını bəzən heç kimə açmadan onu yaşamışdır.” Əslində din də bir yaşam tərzidir. Hər kəsin özünəməxsus yaşam tərzi düzgün ola bilmədiyi üçün ideologiyaların nəzarəti altında da yaşam tərzi çərçivəyə salınmağa cəhd edilmişdir. Bu isə heç bir zaman azad insanı qane edə bilməzdi. Dininə sadiq bir insan birdən oxuyur ki, sən örtünməlisən və ya gündə bir neçə dəfə ibadət etməlisən, əgər örtünməsən və ya ibadətlərini yerinə yetirməsən bu dini olduğu kimi yaşamırsan, əsl mömin hesab edilmirsən. Və ya Sibirin soyuq dağlarında sərt şaxtadan qorunan kimsə yağlı yemək üçün donuz ətinə müraciət edir və yaşadığı dinə xəyanət etmiş olur və s. Bu cür hallar bütün dinlərdə mövcuddur. Bu gün ən mömin müsəlman belə rəsm çəkdirir. Bu isə islamın qaydalarına ziddir. Deməli, dinə yeni yanaşma lazımdır və belə olan halda, həmin dövrün üləmaları başlayırlar ayələrə günün tələbi çərçivəsindən baxmağa. Və beləcə yeni dinlər, təriqətlər yaranır. 3. Layihələndirilmiş dinlər İnsanın inam hissinin qalib gələ bilməyəcəyi güc yoxdur. Tibbin, psixologiyanın da əldə etdiyi nəticələr onu göstərir ki, insan inansa hər şeyə qadirdir. Hətta el arasında səslənən “qara daşa inansan şəfa taparsan” fikri də bunun sübutudur. Türklərin eramızdan əvvəl yaratdığı imperiyaların əsas gücü də elm sahibi, insanları inandıraraq arxasınca apara bilən liderlərin varlığı idi. “Türklər və Hindular bütün dinləri insanlığa miras buraxdılar. Onlar təkcə bir yerdə oturub Tanrıya tapınma yolları icad etmədilər. İnsanın etiqadları bütün insanlığın ruhlarının ən dərinlərində yaşayar. Bədənlərimizin, ruhlarımızın, drvanışlarımızın və ağıllarımızın bir üzvü kimdir. əslində onlar bizim öz bədənlərimiz, ruhlarımız, darvanışlarımız və ağıllarımızdır.” (Gide De Matlok) Türk təfəkküründə inancın güclü olduğu dövr türk dünyaya hakim olub, inanc sistemi dağıldıqda və ya zəiflədiyi təqdirdə türk də gücünü itirib. Bununla əlaqədar Cəlal Bəydili yazır ki, “Tarix boyu dağınıqmış kimi bir təəssürat oyadacaq qədər geniş coğrafi məkanda yayılan türk etnosu ayrı ayrı dinlərlə, dini inanış sistemləri ilə təmasda olmuşdur. Türk düşüncəsinə buddizmin, manixeizmin, xristianlığın və ya islamın hansı ölçüdə təsir göstərdiyini söyləmək çətindir. Lakin həmin təsir nə dərəcədə olursa-olsun, türk etnik-mədəni ənənəsinə və onun da bünövrəsində dayanan dini-mifoloji düşüncə sisteminin təməlinə əsla onu sarsıdacaq dərəcədə toxuna bilmməmişdir. Ona görə ki, türk etnik mədəni ənənəsi öz təbii halı ilə yaşayan sistem kimi olduqca stabil və mühafizəkar deyiləcək qədər dayanıqlıdır.” Bunun fərqinə ilk olaraq Avropalılar vardılar. Türkün ideologiyasından yararlanaraq yeni konsept yaratdı və ona siyasətdə güc gəlməyə başladı. Bu o qədər ciddi məsələyə çevrildi ki, dünyanın əbədiyyətə qədər idarə edilməsi arzusu müxtəlif qrupları birləşdirdi və bu gün də haqqında danışılan gizlin güclərə çevrildilər. Beləcə müxtəlif inanclardan yararlanaraq onları təqib edərək yeni və əsaslı konseptual dinlər yaratdılar. Bunlar zaman-zaman bir-birini əvəzləməyə başladı. Fikirlər köhnəldikcə yeni din yaratmaq zərurəti yarandı. Bu zərurətdən bir-birinin demək olar ki, təkmilləşdirilmış variantları, kitablı dinlər meydana gəldi və bu dini ideologiyanın əsirinə çevrilmiş insanları isə idarə etmək daha asan, daha sadə oldu. Çünki mayasında bir qorxu, bir təlatüm vardı. Beləcə gizli güclər dinlərin ideyasına söykənən dövlətlər yaradıb bu layihəni davam etdirirdilər. Mükəmməl layihələr əsasında yaradılan dinlər (və ya təriqətlər) yüksək nəticələr əldə etdi. Amma bu layihə sahibləri unutdular ki, insan öz-özlüyündə inkişaf edən bir mexanizmdir. Və bu konsepsiyanı həzmi edəndən sonra düşünməyə başlayacaq. Əlbəttə ki, düşündü də. Amma layihə sahibləri peyğəmbərlər institutu yaratdıqları kimi də yeni modeldə keşişlər, imamlar da hazırladılar. Diqqət etsək görərik ki, dünyanın iki böyük dini İslam və Xristianlıq arasındakı çəkişmələrin bitməyə doğru getdiyi erkən orta əsrdə hər iki dinin daxilində parçalanmalar başladı və bu parçalanmalar dərinləşdirilməyə başlandı. Təriqət başçılarının güclənməsi üçün hər şeyi etdilər (Bu hər şeyi edən gizlin güclərin milli mənsubiyyəti yoxdur məncə. Onlar da çox yaxşı bilirlər ki, dünya insanları vahid kökdəndir). Və bir neçə əsrdə insanları bir-birinə qırdıraraq var-dövlət topladılar, yaradılışın əsl sirrini axtarmağa vaxt qazandılar. İnsanlar yenə özlərini dərk yolunun işığını görəndə isə artıq milli kimlik məsələsi ortaya atıldı və böyük xəyalların qızışdırılması mexanizmi işlənildi. Bu gün də dünya insanını qoxru idarə edən mosonları, xaş-xaşiləri, sələfi, Əl-qaidə, İŞİD (İraq Şam İslam dövləti) kimi qruplaşmalar var. Və bəşəriyyətin qan gölündə üzməsinə səbəb dini düşüncə sisteminin fərqliliyidir. Əgər bu fikri qəbul etməyənlər varsa, Yaponya modelinə diqqət etsinlər. Çünki Yaponların dini dünya görüş sistemində ərəb, türk xalqlarındakı kimi ciddi parçalanmalar yoxdur. Və insanlar bir-birini düşüncəsinə görə qırmır. Bir-birinə düşüncə sisteminə görə düşmən kəsilmir. Lakin hasnı ölkələrdə dini-dünyagörüş sistemi rəngarəngdirsə, hətta bu rəngarənglik bir sistemin içində özünü göstərirsə, insanlar arasında bir o qədər də bölünmə və təffriqəçilik var. Ardı var…

Bölmə : Şəmil Sadiq, Yazarlar
KÖŞƏ YAZARLARI
TOP 10