“Diqnidad koloniyası” filmi aprelin 15-də satışa çıxarılacaq

23 Baxış

diqnidad

“Diqnidad koloniyası” filmi aprelin 15-də satışa çıxarılacaq.

Filmdə baş rolları Emma Uotson, Daniel Bryul və Mikael Nyukvist oynayırlar. Filmin trilleri isə artıq bir neçə müddətdir ki, internetdə izlənir.

Filmin süjet xəttinə görə, qəhrəman Uotson itkin düşmüş oğlan dostu Bryulu tapmağa çalışır.

Real hadisələrə əsaslana film Çilidə 1973-cü ildə hərbi çevrilişdən sonra baş verənlərdən bəhs edir.  Çevriliş nəticəsində hakimiyyətə Auqusto Pinoçet gəlir. Pinoçetin xüsusi xidmət orqanları tərəfindən oğurlanmış sevgilisi Danieli xilas etmək üçün Emma Uotsonun qəhrəmanı Lena “Diqnidad” adlı Xeyriyyə Tədris icmasına daxil olur. Koloniya özünü xeyriyyəçi cəmiyyət kimi tanıtsa da əslində burada təhlükə və qəddarlıq hökm sürür. “Diqnidad” nasistlərlə əlaqəli olan yalançı dini cəmiyyətin fəaliyyət göstərdiyi qəsəbədir.

Filmin rejissoru Oskar mükafatı laureate Florian Qallenberqdir.

Büdcəsi 14 milyon dollar olan ekran işi ilk dəfə sentyabrın 13-də Toronto film festivalında nümayiş olunub.