Doğum günündə Şəmil Sadiqdən gənc yazarlara dəstək

174 Baxış

shemilsadiq

 Bu gün doğum gününü qeyd edən f.ü.f.d., dosent Şəmil Sadiqin yeni – “Arvadsız kişi” adlı kitabı işıq üzü görüb.

Yazıçının hekayələr kitabında son iki ildə yazdığı 13 əsəri yer alıb. Kitab “XAN” nəşriyyatının “Çağdaş ədəbiyyat” silsiləsində nəşr edilib. Bu barədə redaksiyamıza müsahibəsində müəllif özü bildirib: “Sentyabrın 16-18-də Bakıda IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Hədəf Nəşrləri və Kitabevim.az kitab mağazası ilə birlikdə gənc yazarlarımıza kiçik bir dəstək  kampaniyası planlaşdırmışam. Bu gün işıq üzü görən “Arvadsız kişi” hekayələr kitabımın təqdimat mərasimini Sərgi günlərində keçirəcəyik və kitab bütün oxuculara hədiyyə olunacaq. Kampaniyanın şərti isə odur ki, bu kitabı hədiyyə almaq istəyənlər Kitabevim.az kitab marketindən gənc yazarlarımızdan istənilən birinin kitabını almalıdır.”

Yazıçı həmçinin sentyabrın 20-28-də “Hədəf Nəşrləri” və “XAN” nəşriyyatının nümayəndə heyəti ilə Türkmənistanda keçiriləcək X Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edəcəklərini bildirib.

Öz növbəmizdə biz də redaksiyamız adından Şəmil Sadiqi doğum günü münasibəti ilə təbrik edir, alimimizə elmi fəaliyyətində və yaradıcılığında bitib-tükənməyən enerji arzulayırıq.

 

 

kitab

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10