Dombra əfsanəsi

121 Baxış

IMG_8522 (1)Məzahim Mustafazadə

Bu araştırmam düşünürəm ki, qanında türk qanı axan hər bir insanımızın marağına səbəb olacaq, qürürlu TÜRK tariximizin bir nümunəsi olan DOMBRA haqqındadır. Dombra əski türk mədəniyyətinin gözəl nümunəsi, mədəni irsidir. Bu “miras” Orta Asiya Türk topluluqlarında bir çox sahədə zəngin bir mədəni  varlığında yaşamaqdadır. Əfsanə və digər dastanlar sayəsində bu mirasın haqqında məlumatlar günümüzə qədər gəlib çıxmışdı. Dövrümüzün Qazaxıstan Respublikasında məşhur olaraq istifadə edilən və böyük tarixi bir keçmişə sahib olan ” Dombıra və Qopuz”la əlaqəli bir çox əfsanədən söz etmək mümkündür. Telli çalğılar arasında əhəmiyyətli bir yerə sahib olan Dombıra ilə simli çalğılar qrupuna girən qopuz , ən məşhur istifadə edilən və üzərinə bir çox əfsanələr mövcuddur .

 Ağacın içindəki iki İp ve Hüzün nəğmədən doğan DOMBRA əfsanəsi …

Dombra ilə  əlaqədar ən məşhur olan əfsanə hüznlü bir hekayəni özündə əks etdirər. Bu əfsanə belədir:

“Qədimdə bir xanın qızı kasıb bir cavana aşiq olar və gizli-gizli görüşürlər. Bu vəziyyəti fərq edən xan , cavanı öldürtdürür . Ölən cavandan hamilə qalan qız , bir qız və bir oğlan doğurar. Dedi-qodudan qorxan xan , uşaqları jalmavuza (qədim türklərdə mövcud olan cadügara) öldürtməyi tapşırar. Jalmavuz uşaqları gözün görmədiyi , qulağın eşitmədiyi bir yerə aparıb yamyaşıl yüksək bir ağacın başına ; qızı şərqə , oğlanı qərbə doğru çevirib bağlar. Uşaqların gözyaşlarının ağaca dəydiyi yer çürüməyə başlayır. İki körpənin ürək atışı durduğunda bu ağac da həyatını dayandırar.

Qız isə xalq arasında deyilənlərə dözə bilməyib əkizlərini axtarışa yola çıxar. Getmədiyi yer , çıxmadığı dağ qalmaz. Kədərlə günləri gecələri yuxusuz keçər; ümidlə ayları , ağlamaqla illəri keçər.

Sonunda yorğun , halsız qalan qız istirahət üçün çürüməkdə olan ağacın altına gəlib uzanar. Yuxuya qaldığında onu ovsunlayıcı bir səs oyandırar. Yaxşıca dinləyincə səsin ağacdan gəldiyini fərq edər. Qız gündüz əkizlərini axtarar , gecə isə bu ağacın altında həm istirahət , həm də ağacdan gələn səslə könlünü ovudar . Günün birində ətrafına baxmaq üçün ağaca dırmaşarkən onu devirir . Çox keçmədən külək əsince ağac dombra_1təkrar canlanır . Qız onun sirrini araştırınca ağacın təpəsindən dibinə qədər oyuq olduğunu görər. Ağacın təpəsində incəcik çəkilmiş ipi görər. Bu iplər onun iki uşağından qalan iplərin . Qərbdəki ip sərbəst , şərqdəki ip isə sərt çəkilərək bağlanmışdır. Ölmüş əkizinin ipləri olduğundan xəbəri olmayan qız ağacın bu şəkildə bu gözəl səsləri verdiyini anlar . Sonra özü də ağacı oyub iki ip bağlayıb çalmağa başlayır. Çalınca çox gözəl səs çıxarar alət . Qız , ipin zəif olanına hüznlü səsindən ötəri oğluna qoyacağı Munlık ( hüzn ) adını , sərt çəkilmiş ipə də səsinin acı olmasından ötəri qızına qoyacağı Zarlık (həddindən artıq kədər , hüzn ) adını verər. Aləti gecə-gündüz əlindən buraxmayıb , ezgi besteleyip , xalq arasında gəzib əkizlərini ararmış .

 

 

Bölmə : Musiqi, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10