“Don Kixot” baleti Bakıda nümayiş olunacaq

9 Baxış

14853275415970921071_1000x669

Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik balet sənətinin ən dəyərli nümunələrindən biri sayılan “Don Kixot” baleti təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, səhnə əsərində çıxış etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solistləri Aleksandra Çijik və Konstantin Qeronik dəvət alıb.

Eyni zamanda, operada digər partiyalar Opera və Balet Teatrının solistləri Xalq Artisti Gülağası Mirzəyev, Əməkdar artistlər Alsu Qimadiyeva, Tamilla Məmmədzadə, Samir Səmədov, solistlər Cəmilə Kərimova, Ayan Eyvazova, Timur Oduşev tərəfindən ifa olunacaq. Səhnə əsərini dirijorların beynəlxalq mükafatı laureatı Əyyub Quliyev idarə edəcək.

Qeyd edək ki, L.Minkusun 1877-ci ildə qələmə aldığı “Don Kixot” baleti 1973-cü ildən fasiləsiz olaraq Opera və Balet Teatrının repertuarında mühüm yer tutur.

KÖŞƏ YAZARLARI
TOP 10