“Don Marleone” filminin təqdimatı olacaq – FOTOLAR

11 Baxış

14906849295997329943_1000x669

Martın 29-da azərbaycanlı rejissor Elmar Bayramovun çəkdiyi “Don Marleone” filminin “Park Bulvar” alış-veriş mərkəzində təqdimatı keçiriləcək.

Senet.az xəbər verir ki, filmdə baş rolda tanınmış model, “Best Model of the World 2007” yarışmasının qalibi Rüstəm Cəbrayılov çəkilib.

“Don Marleone” naməlum şəxslər tərəfindən öldürülən atasının cinayətini araşdıran və cinayətkarları tapmağa çalışan gəncin başına gələn hadisələrdən bəhs edir. Bu film məşhur “Xaç atası” filminə parodiya olduğu üçün komedik elementlərlə də zəngindir.

Filmin ssenari müəllifi Rəşad Süleymanoğludur. Ekran əsərində Natəvan Əfəndiyeva, Sain Fərhad, Murad Abdullayev, Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Ayşad Məmmədov, Azər Aydəmir, Bəhram Bağırzadə və başqaları rol alıb. Filmin quruluşçu rejissoru, Kapoeyra federasiyasının vitse-prezidenti Elmar Bayramovdur. O bundan əvvəl də aksion səhnələri ilə tamaşaçıları heyran edib. Peşəkar idmançı olan E.Bayramov filmin döyüş səhnələrində çəkilib.

Qeyd edək ki, filmin çəkilişi Azərbaycanın müxtəlif məkanlarında, eləcə də İtaliyada baş tutub.

KÖŞƏ YAZARLARI
TOP 10