“Donu qırmızı” kitabının təqdimatı keçiriləcək

19 Baxış

donuqirmizi

Aprelin 2 – də “Kitabevim.az”  mağazasında yazıçı Sevinc Elseverin “Donu qırmızı” kitabının təqdimatı keçiriləcək.

“Xan” nəşriyyatında işıq üzü görən kitabda “Nuhun gəmisindən kosmosa səyahət”, “Donu qırmızı” romanları ilə bərabər, “Lokamativ və vaqonları” adlı pyesi də yer alıb.

Kitab 9 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.

Müəllif daha öncə də uşaqlar üçün ” Ayna, ayna, varmı məndən gözəl?” kitabını təqdim etmişdi.

Qeyd edək ki, “Donu qırmızı” kitabının üz qabığında və içində yer alan rəsmlərin müəllifi gənc rəssam Gülbəs Ayvazdı.

KÖŞƏ YAZARLARI
TOP 10